2013-cü ildə Avropa və Mərkəzi Asiya boyunca 136 mindən çox yeni insanın immun çatışmazlığı virusu (İİV) halları qeydə alınıb. Bu, 76 minə yaxın yeni hal qeydə alınan 2004-cü illə müqayisədə 80% artım olduğunu göstərir.
ANS PRESS-in məlumatına görə, bu barədə ECDC (Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi) və ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibəti ilə dərc olunan ən son məlumatlarda bildirilir.
Bildirilir ki, məlumat verilmiş qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) halları son onillikdə AB/AİM (Avropa Birliyi/Avropa İqtisadi Məkanı) üzrə 48% azalma olduğunu göstərdiyi halda, Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiyada (EECA) QİÇS-lə yeni qeydə alınanların sayı üç dəfə artıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?