Türkiyədə İŞİD mediasının aparıcı portallarından birində qəribə hadisə baş verib.
Axar.az xəbər verir ki, "Takva Haber" saytında redaktor işləyən Əbdülqədir Polad dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb. Onlar birlikdə naməlum istiqamətə qaçıblar və yerləri bilinmir. Bu hadisəni ictimailəşdirən sayt rəsmi açıqlama verib:
“Əvvəllər saytımızda redaktorluq edib. Sonra da oğurluq etməyə qalxıb. Bunu da bacarmayıb və etibarımızı itirib. Əbdülqədir Polad bu dəfə dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb.
Bizdən qovulduqdan sonra özünü “İslam Dövləti”nin (İŞİD) təmsilçisi kimi təqdim edən, özünü “İslam Dövləti”nin Türkiyədəki media sahəsində tək təmsilçisi kimi qələmə verən, insanları internet üzərindən ittiham edən bu şəxs dostunun 5 aylıq körpəsi olan kəbinli arvadını qaçırıb".
Sayt yazıb ki, onunla qaçan qadın toy hədiyyələri olan qır-qızılı da özüylə aparıb. İlkin ehtimala görə, Əbdülqədir Poladın qaçırdığı qadının həyat yoldaşı Suriya və ya İraqda İŞİD terrorçularına qoşulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?