GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ailə klanın biznes “imperiyası“

Ailə klanın biznes “imperiyası“

Tarix: 2-12-2014, 02:26 Bölmə :Ölkə Baxış: 0
Ailə klanın  biznes “imperiyası“


İcra başçısı və Deputad nə işlə məşğuldur?

Naftalan şəhərinin icra başçısı Natiq Aslanov rayonun istirahət və turizm mərkəzlərini qohumlarının ixtiyarına verib; Natiq Aslanov Nafatalan şəhərində marketlər inşa etdirir; “Naftalan Vannası” sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısının və yaxın qohumunun bir neçə iri obyekti tikilib…

Ailə klanın  biznes “imperiyası“

Nafatalanın icra başçısı Natiq Aslanovla bağlı Naftalandan redaksiyamıza daxil olan məlumatda bildirilir ki, icra başçısı son aylar şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirir. Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq ki, Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkəninin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da, biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir.

Naftalandan daxil olan və dəqiqləşdirdiyimiz məlumata əsasən “Naftalan Vannası” sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfərin iri obyektlər tikilib. Həmçinin Natiq Aslanovun sahibkarlıq biznesi ilə birbaşa məşğul olduğunu məlumat verən mənbə bildirir ki, icra başçısı rayonun dövlət torpaqlarını bütünlüklə zəbt edib və burda özü üçün, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər var və həmin təsərüfatları başçının yaxın qohumları idarə edir.

Ailə klanın  biznes “imperiyası“

Daxil olan məlumatda həmçinin bildirilir ki, Natiq Aslanov Naftalan şəhərinin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti sadəcə sənədləşdirmədə hansısa işə sərf edib. Çünki sənədləşdirmədə qeyd olunan küçələr və yollara yamaq vurulub. Yəni hansısa bir təmirdən söz gedə bilməz.

Bildirilir ki, icra abşçısı Naftalan küçələrinin yollarının təmir edilməsini isə özünə yaxın olan “İlqar-MR” MMC yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürüb.

Mənbə qeyd edir ki, Natiq Aslanovun qarşısına qoyduğu məqsəd ondan ibarətdir ki, Naftalanda öz sahibkarlıq subyektlərini artırıb inkşaf etdirsin və yaxın gələcəkdə başqa böyük bir rayonun rəhbərliyinə göndərilsin.gundemxeber.az-ın əməkdaşlarının apardığı araşdırma nəticəsində İcra başçısının, deputat qohumu Mahir Aslanovla bağlı daha ilginc məlumatlar əldə olunub.Mənbənin verdiyi ilginc məlumatlara görə,
Mahir Aslanovun «Happy İnn Hotel» üzərindən nazirliklərlə qarşılıqlı maxinasiyaları da informasiyalar içərisində əks olunub. Belə ki,

Azərbaycan deputatlarının ölkə qanunvericiliyinin əksinə olaraq biznes fəaliyyətləri haqda ölkə mediasında dəfələrlə yazılıb. Bu dəfə isə Milli Məclisdə nadir hallarda, bəzən isə heç bir zaman səsi çıxmayan deputatlardan olan, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən seçilmiş Mahir Aslanovla bağlı maraqlı məlumatlar əldə etmişik. Belə ki, redaksiyamıza verilən digər məlumata görə, böyük biznes şəbəkəsinə malik olan deputatın nəzarətində olan əsas sahələr otelçilik və mebel istehsalıdır.

Deputat M. Aslanovun əsas gəlir yerlərindən biri Nəsimi rayonunun Abbas Səhhət küçəsində yerləşən «Happy İnn Hotel» sayılır. Məlumatlara görə, şəhərin heç də gediş-gəlişi gur olan yerində yerləşməyən bu hoteldə müştəri sarıdan korluq çəkilmir. Səbəbi isə çox sadədir. Redaksiyamıza məlumat verən mənbəninin sözlərinə görə, Mahir Aslanov Mədəniyyət və Turizm Nazirliyi, Gəncələr və İdman Nazirliyi və bir çox başqa nazirliklərlə anlaşma əldə edib. Həmin anlaşmaya əsasən adları çəkilən nazirliklərin xətti ilə ölkəmizə gələn qonaqlar məhz «Happy İnn Hotel»inə yönləndirilirlər.Xüsusən ölkəmizə gələn idmançılar, başda futbol klubları olmaqla «Happy İnn Hotel»ində yerləşdirilir. Eyni zamanda, ölkəmizə gələn mədəniyyət və şou nümayəndələri də bu oteldə məskunlaşırlar.Məsələ ilə bağlı saytımıza daxil olan məlumatlarda başqa bir ilginc məqam da yer alıb. Həmin məlumatlara görə, nazirliklə deputat arasındakı bu anlaşma əsasında tərəflərin hər ikisi qazanc əldə edirlər. Belə ki, xərcləri nazirlik tərəfindən çəkilən qonaqların otel xərcləri sənədlərdə bir neçə dəfə şişirdilir. Mahir Aslanov şişirdilmiş otel qiymətlərini sonradan nəğdləşdirərək əldə olan gəlirin yarısını nazirliklərdəki və idman klublarındakı «dostlarına» geri qaytarır.

Deputatın digər əsas gəlir mənbələrindən biri də mebel biznesi ilə bağlıdır. Qeyd edək ki, "Kəpəz Holdinq"ə sahib olan Mahir Aslanovun şirkətlər qrupunda bütün sahələri əhatə edən biznes şəbəkələri mövcuddur. Ötürülən səhih məlumata görə, Şirkətlər Qrupunun əsas gəlir sahəsi "Kəpəz" Mebel Salonudur. Bu salon da İnqilab küçəsində yerləşir və dövriyyəsinə görə, heç də digərlərindən geri qalmır. Deputatın nəzarətində olan salonlar şəbəkəsinin əsas yardımçısı isə Dizayn Şirkətidir. Bundan başqa, deputatın biznesinə tikinti sektoru da daxildir. Hazırda Bakının bir çox yerlərində bina inşa edən şirkətin təklif etdiyi mənzillər də ən bahalılar içərisindədir.

Məlumatda o da vurğulanır ki, Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda da vaxtını İcra Hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda narazılıq yaradıb. Bildirilir ki, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Üstəlik, onun qəbuluna düşmək də mümkün deyil.Son zöz əvəzi olaraq bildirək ki,



Naftalan icra başçısı Natiq Aslanov və Deputat Mahir Aslanovun rayon ərzaisində yaratdığı sahibkarlıq obyektləri və təsərüfat sahələri ilə bağlı redaksiyamıza daxil olan əlavə informasiyanı araşdırdıqdan sonra oxucularımıza məlumat verəcəyik. Qarşı tərəfin də mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Ancaq buna baxmayaraq yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Bizi izləyin.

Cəfər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Naftalan İcra Hakimiyyətində “tender oyunu” - araşdırma

    Naftalan İcra Hakimiyyətində “tender oyunu” - ...

    8-05-2014, 10:41

  • 
  • Prezident daha bir icra başçısını işdən azad etdi - SƏRƏNCAM

    Prezident daha bir icra başçısını işdən azad etdi ...

    18-05-2018, 22:55

  • 
  • Sabiq icra başçısı vəfat etdi

    Sabiq icra başçısı vəfat etdi ...

    23-08-2018, 15:20

  • 
  • Aslan Aslanov harada dəfn olunacaq? - İH-dan açıqlama

    Aslan Aslanov harada dəfn olunacaq? - İH-dan ...

    23-08-2018, 20:46

  • 
  • Xızının icra başçısı təcili Bakıya çağırıldı - İDDİA

    Xızının icra başçısı təcili Bakıya çağırıldı - ...

    21-02-2020, 15:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu