GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Fərəc Quliyevin dəstəsi H.Əliyevin üzərinə silahlı basqın edəndə…» — Müsahibə

«Fərəc Quliyevin dəstəsi H.Əliyevin üzərinə silahlı basqın edəndə…» — Müsahibə

Tarix: 12-12-2014, 23:15 Bölmə :Ölkə Baxış: 0
«Fərəc Quliyevin dəstəsi H.Əliyevin üzərinə silahlı basqın edəndə…» — Müsahibə

“Anarxistlərin “xaç atası”, H.Əliyevin üstünə silahlı hücum təşkil edən şəxs Milli Məclisdə rahat əyləşib”

”Azərbaycan Xalq Cəbhəsi Heydər Əliyevə Qorbaçovun və onun himayə etdiyi ermənilərin sərgilədiyi münasibəti təkrarlamaqla keçdiyi şərəfli mübarizə yoluna kölgə saldı”.

12 dekabr Ümummilli liderimiz Heydər Əliyevin anım gündür. H.Əliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olmuş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi olub. İndiyə qədər tanıdığımız dövlət xadimlərindən yalnız bu dahi şəxsiyyət ümummilli lider səviyyəsinə yüksələ bilmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi dünya tarixində nadir rast gəlinən hadisədir. H.Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan lider kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz ən böyük Azərbaycanlı idi. Ümummilli liderimizin keçdiyi möhtəşəm tarixi yolun bir çox məqamlarına şahidlik etmiş Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri, “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevlə müsahibəmizdə də toxunub, Ümummilli lideri xatırlamağı məqsədəuyğun hesab etdik.

-Ramiz bəy, Heydər Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

-Heydər Əliyevi ilk dəfə yaxından səhv etmirəmsə 1979-cu ildə Culfa rayonunun Yaycı kəndində görüşmüşdüm. O zaman Azərbaycana rəhbərlik edən böyük dövlət xadimi Naxçıvana səfər edərək əksər kəndlərdə əhali ilə görüşlər keçirib, problemlərlə, əhalini düşündürən bir çox məsələlərlə maraqlanırdı. O zaman heç ağlıma gəlməzdi ki, nə zamansa H.Əliyevlə daha yaxından tanış olmaq, onunla birgə çalışmaq imkanı əldə edəcəyəm.
İkinci görüşümüz isə H.Əliyevin 1990-cı ilin 22 iyulundan sonra-Ümummilli liderin əvvəlcə Moskvadan Bakıya, iki gündən sonra isə Naxçıvana qayıdışından sonra baş tutdu.

-O günləri necə xatırlayırsınız?

-1988-ci ilin noyabr ayında başlamış Milli Azadlıq Hərəkatı ağır günlərini yaşayırdı. Moskvanın sadiq nökəri Ayaz Mütəllibov Azərbaycanda rəhbərliyi ələ keçirdikdən sonra bir müddət xalqı yağlı vədlərlə aldada bildiyindən insanların meydanlara toplaşmaq marağı xeyli azalmışdı. Birmənalı olaraq söyləyirəm ki, məhz Heydər Əliyevin Naxçıvana qayıdışından sonra Milli Azadlıq Hərəkatının ikinci mərhələsi başlandı. Bu mərhələ artıq kortəbii deyil, proqpamla idarə olunan idi. Naxçıvanın on minlərlə əhalisi H.Əliyevi böyük sevinclə, coşqu ilə qarşıladı. Çox keçmədi ki, böyük lider məni görüşünə dəvət etdi.

-Maraqlıdır… Xatırlayırsınızmı, görüşdə nələrdən söhbət getdiyini?

-Əlbəttə… Həmin anları unutmaq olarmı? Səmimi görüşdük. Məni bağrına basıb: “igidin adını eşit, üzünü görmə” deyiblər. Ancaq sən, üzünü görməyə layiq oğulsan” dedi. Moskvada yaşasa da, Azərbaycanda gedən proseslərdən ətraflı məlumata malik idi. Rəhbərlik etdiyim Culfa dəmiryolçularının uzunmüddətli tətilləri və “Sərhəd Hərəkatı” barədə uzun söhbətimiz oldu. Mən, H.Əliyevi Culfaya və yaşadığım Yaycı kəndinə dəvət etdim. Söz verdi və çox keçmədi ki, Culfa əhalisi böyük coşqu ilə H.Əliyevi qarşıladı. Onun hər səfərində onlarla qurbanlar kəsilir və bununla da xalq öz sevgisini açıq-aydın nümayiş etdirirdi.Mən, özümü daha güclü hiss edirdim. Arxamda qüdrətli şəxsiyyətin dayandığını hiss etməyə bilməzdim.

“Anarxistlərin “xaç atası”, H.Əliyevin üstünə silahlı hücum təşkil edən şəxs Milli Məclisdə rahat əyləşib”
-Görüşləriniz çox olurdu?

-Tez-tez görüşürdük. 1990-cı ilin payızında keçirilən Azərbaycan və Naxçıvan Ali sovetinə keçirilən seçkilərdə H.Əliyevin tövsiyyəsi ilə mən də öz namizədliyimi irəli sürmüşdüm. Culfanın Bənəniyar kəndində bir çox kəndlərin iştirakı ilə keçirilən görüşdə H.Əliyev mənə dəstək verib, məni Azərbaycan Ali Sovetinin deputatı kimi görmək istədiyini bəyan etdi.

-Seçildinizmi?

-Bəli… Böyük üstünlüklə qələbə qazanmağıma baxmayaraq, A.Mütəllibovun xüsusi tapşırığına əsasən Culfa rayonunda keçirilmiş seçkilərin nəticəsi ləğv edildi. Guya seçki günü mənim tərəfdarlarım Culfada yerləşən rus hərbi polkuna hücum çəkiblərmiş. Təbii ki, belə hadisə olmamışdı. Sadəcə olaraq A.Mütəllibov onun dəmiryolçuların tətilini dayandırmaq barədə tələbini yerinə yetirmədiyimdən məndən qisas almağa nail oldu. Buna baxmayaraq Naxçıvan Ali Sovetinin deputatı seçilə bilmişdim.

-Deməli, Ümummilli liderlə birgə fəaliyyətimiz üçün şans qazanmışdınız?

-Əslində həmin illər Naxçıvan Ali Soveti (sonradan məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi adlandırılmışdı-N.Sadiq) Azərbaycan Ali Sovetindən daha səmərəli fəaliyyət göstərib, tarixi qərarlar qəbul edirdi. H.Əliyevin təklifi ilə üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram edilməsi və eləcə də SSRİ-nin saxlanılması barədə keçirilən referendumun boykot edilməsi belə tarixi qərarlardan sayılır.

“H.Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsinin ilk təşəbbüskarı olmuşam”

-Siz, AXC-nin tanınmış simalarından biri idiniz. AXC-nin H.Əliyevə münasibətinin heç də yaxşı olmadığı sirr deyil. Bu sizin H.Əliyevə olan münasibətinizə təsir göstərmirdi?

-Azərbaycanın o zamankı rəhbərliyinin A.Mütəllibov başda olmaqla H.Əliyevin Naxçıvandakı fəaliyyətindən narahatlıq keçirməsi faktı öz təsdiqini çoxdan tapıb. O zaman bir sıra naxçıvanlı adlanan cəsarətsiz ziyalı məhz A.Mütəllibovun göstərişinə əsasən H.Əliyev əleyhinə yönəlmiş müraciətə imza atmışdılar. Naxçıvan Ali Məclisində bu barədə çıxış edib, Heydər Əliyevçiyəm və ona qarşı çıxanlar məni öz qarşılarında görəcəklər bəyanatını verdim. Həmin gündən AXC-də mənə olan münasibət büsbütün dəyişdi. Adımı H.Əliyevin adamı qoydular. Zərrə qədər fərqində deyildim. Bu gün tarixi faktlar təhrif olunsa da, birmənal olaraq qeyd edir və bununla qürur duyduğumu bir daha bəyan edirəm ki, H.Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsinin ilk təşəbbüskarı olmuşam.

-Bu necə baş verdi? Çox maraqlıdır…

-Naxçıvan Ali Məclisində əsas iki “blok” təmsil olunurdu. Əsasən AXC üzvlərinin təmsil olunduğu “Demblok”da 40 deputat, kommunistlərin çoxluq təşkil etdiyi “Komblok”da isə 60 deputat var idi. Digər 10 deputat isə birtərəflər sayılırdı.
“Demblok” öz yığıncağını keçirib, ingilis dili müəllimi Qafar Məmmədovun Ali Məclisə sədrliyini irəli sürmək qərarını qəbul etsə də, mən etiraz etmişdim. Qafar müəllimə münasibətim pis deyildi, ancaq rəhbərlik təcrübəsi olmayan müəllimin həmin illərdə Muxtar Respublikaya rəhbərlik edə bilməyəcəyi qənaətində idim. Bu, ciddi tarixi məsuliyyət tələb etdiyindən, həmin məsuliyyəti daşımaq hər insanın işi deyildi.
“Demblok”un yığıncağına sonradan H.Əliyev də qatıldı. Zalda uzun müddət səssizlik hökm sürsə də, mən söz alıb “Demblok”da gedən müzakirədən və qəbul olunmuş qərardan H.Əliyevi xəbərdar etdim. Onun namizədliyini irəli sürəcəyimi bəyan etdikdə əsəbləşdi və “Ramiz, bir daha bu mövzuya qayıtma” dedi.

-Siz necə, həmin mövzuya qayıtdınızmı?

-Əlbəttə. Həmin sessiya gecə yarısına qədər çəkdi. Sessiyanın keçirildiyi Siyasi Maarif evinin qarşısına on minlərlə insan toplaşmışdı. Arada vaxt tapıb, onların qarşısına çıxır, təklifimin müdafiə olunmasını xahiş edirdim. Təbii ki, bütün naxçıvanlıların arzusu o idi ki, Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik edib, qarşıdurmaların, özbaşınalığın qarşısını alsın. Sessiyada dəfələrlə fasilə yaranır və həmin fasilədən istifadə edərək H.Əliyevi razı salmağa çalşırdım. Naxçıvanlıların israrlı tələbi nəhayət ki, H.Əliyevi tarixi məsuliyyəti öz üzərinə götürməyə razı saldım. Şükür ki, belə oldu, yoxsa Naxçıvanın gələcək taleyi qaranlıq görsənirdi.

-Cəbhəçilərin sizə münasibəti necə oldu?

-Əvvəl necə idisə, elə də qaldı. (gülür). Üzümə söyləməyə cəsarətləri çatmasa da, arxamca H.Əliyevi müdafiə etdiyimə görə məni xəyanətdə suçlayırdılar.

-Yeri gəlmişkən, bu günlərdə sosial şəbəkələrdə bir videoyazı yayılıb. Ümummilli lider Azərbaycan Milli Məclisinin sədri olarkən, Ə.Elçibəyin prezidentlik səlahiyyətinin ləğv edilməsiylə bağlı keçirilmiş referendumun nəticələrini müzakirə edərkən sizin də adınızı çəkir…

-İzləmişəm, H.Əliyev həmişə olduğu kimi həmin çıxışında da əsil həqiqətləri söyləyib. Tamamilə doğrudur ki, məhz H.Əliyevin tövsiyyəsi ilə mən Culfa rayonuna rəhbər seçilmişəm. Eləcə də bir çox AXC üzvlərinə yüksək vəzifələr verildi. Ali Məclisdə iki müavin AXC üzvü oldu. Baş nazir seçilmiş Becan Fərzəliyev inkaredilməz faktdır ki, H.Əliyevin gücü sayəsində həmin vəzifəyə yüksəldi.
Ümumiyyətlə , H.Əliyev Milli Azadlıq Hərəkatına, AXC-yə böyük hörmətlə yanaşırdı. Təsəvvür edin, o, sərəncam verib, Naxçıvan Müdafiə Komitəsini yaratdı. Qəbul etmək olar ki, həmin komitə Naxçıvandakı bütün silahlı birləşmələrin komandanlığı funksiyasını yerinə yetirirdi. H.Əliyev həmin Müdafiə Komitəsinə də rəhbərliyi AXC üzvlərinə tapşırmışdı.

“Anarxistlərin “xaç atası”, H.Əliyevin üstünə silahlı hücum təşkil edən şəxs Milli Məclisdə rahat əyləşib”
-Nələr baş verdi ki, münasibətlər birdən-birə gərginləşdi?

-Cəbhəçilərin ən mənfi xüsusiyyəti özlərindən güclü olanı sevməməkləri idi. H.Əliyev AXC üzvləri olan anarxist qüvvələrin qarşısını aldıqca, cəbhəçilərin bir çoxu narahatçılıqlarını gizlədə bilmirdilər. Onlara zəif rəhbər lazım idi ki, istədikləri istənilən yaramazlıqları həyata keçirə bilsinlər. H.Əliyev kimi təcrübəli dövlət xadimi xaos tərəfdarlarına meydan verə bilməzdi. Həmin qüvvələr təəssüf ki, Bakıdan-AXC rəhbərliyində təmsil olnmuş bəziləri tərəfindən idarə olunurdular. İndi təəssüf ki, anarxistlərin “xaç atası”, H.Əliyevin üstünə silahlı hücum təşkil edən şəxs Milli Məclisdə rahat əyləşib, hətta Millətə dərs keçmək iddiasında olduğunu ortaya qoyur.

-Kimi nərədə tutursunuz?

-Burada gizli heç nə yoxdur. Videonu izləmişsinizsə, bilməlisiniz ki, H.Əliyev həmin qaraguruhun başında Fərəc Quliyevin dayandığını bəyan edir.

-Axı bu gün Fərəc Quliyev çox fərqli danışır. Hətta verdiyi müsahibələrin birində H.Əliyevin ona baş nazir vəzifəsini təklif etdiyini söyləyib…

-Fərəc o şəxslərdəndir ki, o yalnız söylədikdə Allah birdir, ona şübhə edə bilmirəm. Qalan nə söyləyibsə, hamısı birmənalı yalandır. Onun H.Əliyevə qarşı etdiyi hörmətsizlikləri heç kəs etməyib.

-Orada həm də müəllimin polis idarəsinə rəis təyin edilməsindən söhbət açılır. Özü də zorakılıqla. Belə hallar doğurdanmı baş verirdi?

-Dedim ki, sosial şəbəkədə izlədiyiniz videoyazıda nə söylənilibsə, hamısı həqiqətdir. Fərəcin rəhbərlik etdiyi AXC Ordubad rayon şöbəsi üçün belə zorakılıqlar xarakterik idi. H.Əliyevin qeyd etdiyi-zorakılıqla vəzifəsindən uzaqlaşdırılan polis rəisi peşəkar polis polkovnik-leytnantı Faiq Əhmədovdur. Bilirsinizmi onu nə üçün işdən azad etmək istədilər?

-Əlbəttə, maraqlıdır…

-O, cəbhəçilərdən birinin şifahi göstərişinə əsasən günahsız vətəndaşı həbs etmək istəməyibmiş. Hətta deyib ki, ərizə ilə müraciət etmək lazımdır, araşdırıb, günahı olsa tədbir görərik.

-Həmin polis rəisinin-Faiq Əhmədovun sonrakı aqibəti necə oldu?

-Onun peşəkarlığını, günahsızlığını nəzərə alıb, Culfa polis idarəsinə rəis təyin olunmasına nail oldum. Fərəc bunu mənə bağışlaya bilmirdi ki, “sən H.Əliyevin qatı tərəfdarını müdafiə etdin”. Təəssüf ki, hakimiyyət dəyişildikdən sonra F.Əhmədovu mənim adamım deyib, daima təqib etdilər. Özünün işdən kənarlaşdırılması azmış kimi, övladlarını da tutduqları vəzifədən azad etdilər. Bu isə necə deyərlər, sözün əsil mənasında tarixin istehzasıdır. Həmin F.Əhmədov AXC iqtidarının qılıncının dalı-qabağı kəsəndə qəzetlərə müsahibə verib, Fərəci Azərbaycanın baş ağrısı adlandırmışdı. Elə həmin illər Fərəcin dəstəsi H.Əliyevin üzərinə silahlı basqın edəndə, onun dəstəsinin qarşısını alanlardan biri məhz F.Əhmədov olmuşdu.

-Siz necə, həmin illərdə H.Əliyevi açıqca müdafiə edirdinizmi?

-Mən elə xarakterə malikəm ki, mövqeyim səhv və ya düz olsun, mütləq ortada olur. İstəyirsiniz arxivimdən qəzetləri sizə təqdim edə bilərəm. Elə o zaman AXC üzvlərinin H.Əliyevə hücum təşkil etmələrini açıqca pisləyən müsahibələr vermişəm. Ondan sonra üstümə çəkilən hücumlar şiddətlənsə də, layiq olduqları cavabı verməyə gücüm yetərli olurdu.

-Ramiz bəy, orada bir məqama da toxunulur ki, guya siz Culfada həmin referendumun keçirilməsinə qarşı çıxmısınız?

-Çıxsaydım, həmin referendum baş tutmazdı. Mən həmin zaman Culfa rayonuna rəhbərlik edirdim. Bakıya yanlış məlumat ötürülmüşdü. Bir neçə il sonra öyrəndim ki, həmin yalan məlumatı H.Əliyevə əslən culfalı olan Rəsul Quliyev ötürübmüş. Belə ki, o, mənim rəhbərlikdən uzaqlaşdırılıb yerimə özünə yaxın birini təyin etdirmək istəyirmiş. Sonradan belə də oldu.

-Ümumiyyətlə, H.Əliyevi necə xatırlayırsınız?

-Yüskək ensiklopedik biliyə, əxlaqa, cəsarətə malik, əvəzedilməz dahi şəxsiyyət kimi. O, insanların qəlbini oxumağı da bacarırdı. Bir tarixi, inkaredilməz faktdır ki, H.Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Milli dövlətimizin ardıcıl, uğurlu inkişafı üçün dövlətçiliyimizin təməl prinsiplərini yaratdı. Onu heç bir zaman kimlərləsə müqayisə etmək mümkün olmayacaq. Təbii ki, ölkədə iqtidarlar dəyişə bilər, ancaq H.Əliyevə, onun yaratdığı dövlətçilik ənənələrinə münasibət dəyişilə bilməz. Mənim qənaətimə görə, həmin təməl prinsipləri dəyişilsə, Azərbaycan dövləti faciələrlə baş-başa qala bilər. («Millətim» qəzeti)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Prezident İlham Əliyev və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    Prezident İlham Əliyev və ailə üzvləri ümummilli ...

    12-12-2016, 11:03

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

    İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider ...

    12-12-2020, 11:41

  • 
  • Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident İlham Əliyev ümummilli lider Heydər ...

    12-12-2018, 11:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (140)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu