Fransanın Xarici İşlər və İnkişaf Nazirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat verib.
Nazirlik bildirir ki, jurnalistin həbsindən narahatdır: «Fransa Respublikasının Prezidenti Azərbaycana may ayında səfəri zamanı Xədicə İsmayılova ilə görüşüb. Fransa Azərbaycanın hökumət orqanlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə riayət etməyə, o cümlədən mətbuat azadlığına, ədliyyə sisteminin müstəqilliyinə, müdafiə hüquqlarına və təqsirsizlik prezumpsiyasına riayəti təmin etməyə çağırır».
Nazirlik bildirir ki, Xədicə İsmayılın situasiyasını diqqətlə izləyəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?