Ötən şənbə Bakının Səbayıl rayonunda ABŞ-ın Azərbaycandakı səfirliyinin birinci katibi Stefan Qaysinin oğlu 1997-ci il təvəllüdlü Ceremi Qaysi yol qəzasının qurbanı olub. Bu barədə vesti.Az-a Səbayıl rayon Polis İdarəsindən bildiriblər.
Bildirilir ki, Badamdar şosessində, 129 saylı binanın qarşısında Ceremi Qaysini İran istehsalı olan «Saipa Tiva» markalı avtomobil vurub. Avtomobili Bakı sakini, 1978-ci il təvəllüdlü Zaur Rzayev idarə edirmiş. Nəticədə səfirliyin birinci katibinin oğlu «SOS» klinikasına çatdırılıb və burada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?