Çexiyanın Zlin şəhərində yerli kuryelərdən biri hirsli müştərinin qəzəbinə tuş gəlib. Karqo xidmətindən istifadə edən müştəri Miraslav Starek kuryer Radek Tesardən ona məxsus paketin gəlmədiyini öyrəndikdə bərk əsəbləşib.
Müştəri əsəbini kuryerin əlindəki əşyanı yerə çırpaqla çıxarmaq istəyib. Lakin əsəbi soyumayan müştəri daha sonra yük dolu avtomobilə minərək oradakı iri ekranlı televizoru yerə çırpıb. Əlinə keçən hakey çubuğu ilə yerə atdığı televizoru vuraraq yararsız vəziyyətə salıb.
Kuryerin ona mane olduğunu görən əsəbi müştəri onu qovmağa çalışıb. Daha sonra əlindəki çubuqla avtomobilin ön şüşələrinə vuraraq xeyli zərər vurub. Hələ bunlar azmış kimi, baş verənləri kənardan lentə şəxsə də hücum çəkib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?