Bilgəhdəki Qocalar Evində yaşayan insanlara qarşı biganə münasibət hökm sürür. Bu barədə Facebookda “Sancaq” səhifəsinə Gülşən Musayeva adlı istifadəçi məlumat verib və foto göndərib. Yenilik.Az həmin qeydləri olduğu kimi təqdim edir:
“Keçən dəfə yığışıb getdik Bilgəhdəki qocalar evinə, onların saçlarını səliqəyə salmağa. Vallah ureyim açıldı, səhər tezdən avtobus stilistlərlə dolu idi . Hamı belə tədbirdə iştirak etməyi özünə borc bilib gəlmişdi. Ancaq sevincim uzun çəkmədi. 1-2 həftə öncə müdriyyətdən icazə alıb gəldiyimiz vaxt xəbərdar etməyimizə baxmayaraq bizi qarşılayan olmadı….Uzun muddət axtarışdan sonra mətbəxtdə əyləşmiş direktoru tapdğımızmiz kimi “Salam” sözünun evəzinə “Bu nədi? Niyə bu qədər adam yığıb gətirmisiniz? Su-zad yoxdu, uzağı kəsin bunların saçlarını gedin , saçlarını boyamaq səliqəyə salmaq lazim deyil!” cümləsini eşitdik……Əlbətdeki , özumu irəli verib “Saçlarını boyamadan, səliqəyə salmadan heç bir yerə gedən deyilik ” dedim. “Lazımdırsa vedrələrlə su gətirib yuyarıq”….Elə bundan sonra başladı nə başladı. Demək biz şükür eləməliyik ki bizi qapıdan içəri buraxdılar, bunlara lazım deyilmiş bu.
Nəisə , qalxdıq otaqlara. Aman-Aman! İydən otaqlara girmək olmur. Su saatla verilir, o da uzağı bir saat. Bizimki də gətirmədi. Olsun! Vedrə əlimizdə 5-ci mərtəbəyə qalxdıq. Insanlar deyir ki Su yoxdur! Demək 4-cü mertəbə 5-ci mərtəbəyə su vermir. Bir vaxtdan sonra qırışa-qrırışa su tapdıq . Hansı zamanda yaşayırıq? Ağır xəstələrin otağlarında su yox. Hələ ağlaya ağlaya üstümüzə qaçan qocaları demirəm
gundemxeber.az: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir, əxlaqdır. Kim normal ailə tərbiyəsi görməyibsə, əxlaqında problem varsa istinad etməyə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?