GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

Tarix: 17-12-2014, 11:07 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

Nuridə Əliyeva... Hardasa iki il bundan öncə saytların birində qarabuğdayı bir modelin cəsarətli şəkillərinə baxdım. Əvvəl elə düşündüm ki, bu hansısa əcnəbi bir modelin şəkilləridi. Onun azərbaycanlı olduğunu biləndə düzü çox təəccübləndim. Sonra təsadüfən onunla tanış oldum. Olduqca səmimi bir xanımdır. Xasiyyətinə az da olsa bələdəm. Səmimi və cəsarətli olan bu xanım həm də çox maraqlı həmsöhbətdir. Onunla istənilən mövzuda danışa bilərsən. Yalnız şəxsi həyatından başqa...

- Nuridə, oxucularımıza sizi necə təqdim edim... Model, yoxsa aktrisa kimi?

- Model Nuridə Əliyeva.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Bir az keçmişən başlayaq. Uşaqlığınız necə keçib?

- Uşaqlığımın çox şən keçib. Buna baxmayaraq hər zaman tək olmağı sevirdim və bundan həzz alırdım. Balaca olanda oğlanlar mənə “acıdil” deyirdilər.

- Modelliyə həvəsiniz necə yarandı? Nə vaxt qərar verdiniz ki, siz məhz model olmalısınız?

- Uşaqlıqda barbi gəlinciyimin podiumda addımlamasının şəklini çəkməyi çox xoşlayırdım. Böyüyəndə şəklini çəkdiyim qıza çevrilməyə qərar verdim.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Valideynləriniz bu istəyinizi necə qarşıladı?

- Bizim ailədə hər zaman hörmət olub. Mənim seçimimə də valideynlərim hörmətlə yanaşdı.

- Modellikdən qabaq hansı işlə məşğul olmusunuz?

- Model qabaq işləmirdim, təhsil alırdım. Xarici Dillər Universitetində oxumuşam.

- Model olmasaydınız hansı peşəni, işi seçərdiniz?

- Astronavt.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Mən bilirəm ki, mütaliə etməyi çox sevirsiniz. Hansı yazıçıların əsərlərini oxuyursunuz?

- Dostoyevski, Bulqakov, Saltıkov-Şedrinin yaradıcılığını çox sevirəm. Bununla yanaşı Rey Bredberinin hekayələrini, Con Tolkienin nağıllarını, Stefan Sveyqin novellalarını da xoşlayıram.

- Bu günə kimi hansı əsər sizi sarsıdıb?

- Stefan Sveyqin “Naməlum qadının məktubu” novellası isə məni çox təsirləndirdi.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Bəs Azərbaycanda hansı yazıçıları tanıyırsınız?

- Azərbaycan ədiblərındən Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Abbasqulu Ağa Bakıxanovu çox sevirəm.

- Nuridə, yaşınıza baxıram çox gəncsiniz, cəmi iyirmi dörd yaşınız var. Bu yaşda öz ayaqların üstə dayanmaq, heç bir yerdən yardım, kömək gözləmədən həyatla mübarizə aparmaq çətin deyil ki?

- Arzularımı həyata keçirmək üçün həyatımın özü məni bütün imkanlarla təmin edir.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Gələk əsas suala... Yəqin ki, bu sualın cavabı bir çox adamı maraqlandıracaq. Nuridə necə oldu ki, çılpaq şəkillər çəkdirməyə qərar verdiniz? Məncə sizdən öncə heç bir model bu addımı atmamışdı... Qismən soyunanlar var idi, amma sizin kimi heç kim belə cəsarətli fotolar çəkdirməmişdi...

- Heç kimin etmədiyini etdim, çılpaq şəkillər çəkdirdim, yenilik etmək istədim. Şəkillər saytlarda, sosial şəbəkələrdə yayılanda insanlar bunu xoş qarşılamadılar. Hər kəs öz səviyyəsinə uyğun tənqid elədi. Yəqin siz özünüz də şəkillərinizin altına yazılan şərhləri oxumusunuz.

- Bu şərhləri oxuyanda nə hiss keçirmisiniz? Xasiyyətcə təmkinli, mülayim bir xanıma oxşayırsınız? Yanılmıram ki?

- İnsanların sayı qədər ağız dadı olur. Ac adamla dadla bağlı mübahisə etmək olmaz. Bu kommentlərin çoxu məni əyləndirir, güldürür, sözün düzü, mənim bu fikirləri hamısını oxumağa o qədər də vaxtım olmur. Allah hər birinə xoşbəxtlik nəsib etsin və mənim şəkillərim onların ömürlərinin dəqiqələrini əllərindən almasın.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Yəqin ki, ailənizin bu şəkillərdən xəbəri var. Onların reaksiyası necə oldu?

- Əlbəttə onlar bu şəkillərin hər birini görüblər. Mənim karyeramın başlanğıcında onlar nəyə getdiyimi bilirdilər. Hər zaman mənimlə həmfikir olublar.

- Bir az bundan öncə vurğuladım ki, sizdən öncə heç bir model lüt şəkillər çəkdirməmişdi. Amma sizin fotosessiyanızdan sonra bir neçə model də lüt şəkillər çəkdir. Lakin onlar sizin qədər tanınmadılar. Bunun sirri nədir?

- Əsas kəmiyyət yox, keyfiyyətdir. Mən hər hansı bir qərarı verdikdə o işə canımı, ürəyimi qoyuram. Düzünü desəm mən bunu publika üçün yox, özüm üçün etmişdim. Yeni başlayanda birdən-birə belə gurultulu alqışları təsəvvürümə belə gətirə bilməzdim. Bilmirəm məndən sonra belə şəkilləri kim çəkdirib, sözün düzü bu məni heç maraqlandırmır da. Vacibi sərhədi keçməməkdir. Yəni incəsənətin bitdiyi yerdə biabırçılıq və tərbiyəsizlik başlayır.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Hər soyunan model ola bilərmi?

- Soyunmaqla model olmaq mümkün deyil.

- Estetik əməliyyat elətdirən xanımlara necə baxırsınız?

- Cavan yaşlarda belə üsullardan istifadə etmək düz deyil. Belə bir məşhur deyim var: “Hər bir qadın gözəldir, kifir qadın yoxdur, baxımsız qadın var”. Mən bu fikirlə tam razıyam. Amma yaşlanandıqca bəzi hissələri korlamamaq şərti ilə korrektə etmək olar.

- Sizin şəkillərinizin altına yazılan şərhlərdə estetik əməliyyat olunduğunuzu deyirlər. Bu böhtandımı, ya doğrudan da estetik əməliyyat olunmusuz?

- Bunların hamısı yalandır. Mən yaxşı genetik quruluşa malikəm və gündəlik idmanla məşğul olmağım bu quruluşu qoruyub saxlamağa imkan verir.

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

- Xüsusi bir pəhriz saxlayırsınız?

- Yox, sadəcə düzgün qidalanıram.

- Nuridə, səmimi cavab verməyinizi xahiş edəcəm. Heç olurmu şəkillərinizə baxıb peşman olasınız? Kifayət qədər gözəlsiz, siz lüt soyunmasaydınız da indiki qədər tanına bilərdiniz... Heç bu haqda düşünmüsünüz?

- Adımı atanda xoşbəxt oluramsa, deməli peşman olmağa dəyməz.

- Siz tanınmaq üçünmü lüt şəkillər çəkdirdiniz?

- Bu şəkillərsiz də tanına bilərdim, baxmayaraq ki, tanınmaq alovu ilə heç vaxt yanmamışam. Sadəcə olaraq özüm üçün etdiyim bir iş böyük rezonans yaratdı.

- Bir çox televiziya proqramlarından sizə iş təklifi gəlir, ancaq siz qəbul etmirsiniz. Sizi təklif olunan qonorar qane etmir, yoxsa?

- Məni dəvət aldığım verilişlərin formatı qane etmir.

- Süd məhsulunun reklam çarxına çəkilmişdiniz. Amma nədənsə həmin reklam çarxın yayılmasına qadağa qoyuldu. Qadağanın sizinlə bağlı olduğunu deyirlər...

- Qadağanın səbəbkarı mən deyiləm. Reklamın ssenarisi qadağaya səbəb olub. Mən sadəcə rolumu oynamışam. Qalanının mənə dəxli yoxdur.

- Hər hansı yerli, ya da xarici filmə dəvət almısınız?

- Təkliflər olub. Ancaq bu təkliflər məni qane etməyib.

- Siz olduqca cəsarətli xanımsınız... Elə buna görə də əminəm ki, sizin cavabınız səmimi olacaq. Erotik filmə çəkilməyi təklif etsələr, çəkilərsiniz?

- Xeyr.

- Ailə qurmağa münasibətiniz necədir? Sizcə insanlar məntiqlə ailə qurmalıdır, yoxsa sevərək?

- Məhəbbət və məntiq bir-birinə əks olsalar da ailədə hər ikisi vacibdir.

- Sevgiliniz varmı?

- Şəxsi həyatım barədə danışmağı sevmirəm. Elə buna görə də şəxsi həyat adlanır.

- Sevginin anlamı nədir sizin üçün?

- Sevgi corabların və qırmızı dodaq boyalarının satılması üçün, reklamçılar tərəfindən icad olunub (Gülür).

- Aşiq olmusuz?

- Bəli, bizim eradan əvvəl.

- Bir gün aşiq olsanız və o adam sizdən modelliyi atıb, evdar xanım olmağınızı istəsə razılaşarsınızmı?

- Qabaqcadan bu barədə heç nə deyə bilmərəm, yaşayarıq, görərik.

- Bürclərə inanırsınız? Əqrəb bürcüsünüz, deyirlər bu bürc altında doğulan adamlar çox ehtiraslı olur...

- Yox, mən elmi fantastikanı daha çox sevirəm.

- Hansı kişilər sizin zövqünüzcədir, ağıllı yoxsa yaraşıqlı?

- Şəxsən mənim üçün kişilərdə əsas yumor hissi, intellekt və kişilikdir.

- Əsl kişi necə olmalıdı?

- Ağıllı və səxavətli.

- Bu müsahibəni oxuyan insanlara sözünüz varmı?

- Xoşbəxtlik, sevgi və səbr.

Səidə Haqverdiyeva

kulis.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı modelin seksual videosu yayıldı

    Azərbaycanlı modelin seksual videosu yayıldı ...

    12-08-2013, 23:50

  • 
  • Azərbaycanlı model çılpaq soyundu-(18+ Fotolar)

    Azərbaycanlı model çılpaq soyundu-(18+ Fotolar) ...

    27-11-2015, 19:43

  • 
  • Azərbaycanlı modeldən erotik paylaşım – FOTO

    Azərbaycanlı modeldən erotik paylaşım – FOTO ...

    23-04-2018, 15:26

  • 
  • Azərbaycanlı model dünyanın "Ən seksual qadını" SİYAHISINDA - FOTOLAR

    Azərbaycanlı model dünyanın "Ən seksual ...

    15-08-2018, 16:35

  • 
  • Azərbaycanlı model soyundu - biabırçı FOTO

    Azərbaycanlı model soyundu - biabırçı FOTO ...

    30-07-2019, 15:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu