GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda əməliyyatla qadın olan kişilər: harada, neçəyə? - ARAŞDIRMA

Bakıda əməliyyatla qadın olan kişilər: harada, neçəyə? - ARAŞDIRMA

Tarix: 19-12-2014, 00:40 Bölmə :Ölkə Baxış: 0
Bakıda əməliyyatla qadın olan kişilər: harada, neçəyə? - ARAŞDIRMA


Azərbaycanda kişinin qadına, qadının kişiyə çevrilməsi, yəni cinsiyyətin dəyişdirilməsi qanunla qadağandır. Amma bu qanuna bir çox hallarda özəl klinikalar məhəl qoymurlar. Rəsmi şəkildə icazə verilməsə də sosial şəbəkələrdə əməliyyat olunaraq cinsiyyətini dəyişən yerli “üzdəniraqlar”a addımbaşı rast gəlmək mümkündür. Maraqlıdır, qanun icazə vermirsə, bəs, Kamillər necə Kama olurlar?

Söhbət cinsiyyətin dəyişdirilməsindən gedir. Yəni bu günün kişisi sabahın incə belli, uzun saçlı qadını və yaxud bu günün zərif qadını sabahın üzü tüklü, enli kürək kişisi!!!

gundemxeber.az-ın məlumatına görə, AzVision.az Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı cinsiyyətin hansı klinikalarda, neçəyə dəyişdirilməsi ilə bağlı maraqlı faktlar əldə edilib.

Özəl klinikalarda isə milyonlarla manata cinsiyyət dəyişdilir.

“Ondakı matkadır, yoxsa kişi cinsiyyət üzvü... Yumurtalığı, yoxsa toxumluq kanalı var. Fərq etməz birini kəsib, birini saxlayırıq. Translar, biseksuallardan hər gün zəng gəlir. Əməliyyatdan heç kimin xəbəri olmur”.

İlk getdiyimiz ünvan Nəsrəddin Tusi adına Klinika oldu. Klinikanın həkimləri əməkdaşımızla söhbətində cinsiyyət dəyişmək üçün müraciət edənlər olsa da onlar bu əməliyyatlarını keçirmədiklərini bildirirlər.

Buna səbəb isə onlarda lazımı “kəsib-tikmək alətləri” və “texnikalar”ı yoxdur: “Həmin şəxslərə yalnız psixoloji yardım göstərə bilərik. Bizdə bu əməliyyat olunmur. Plastik əməliyyat keçirən xəstəxanalarda bu mümkündür. Əməliyyatdan öncə həmin şəxsi seksopotoloqa aparmaq lazımdır. Hormanları yoxlanmalıdır. Bizim bu işlə məğul olan həkimimiz yoxdur. Sırf estetik cərrah lazımdır. Həmin şəxslər əməliyyat olunurlar. Amma yenə də nə qadın kimi qadın, nə də kişi kimi kişi olacaqlar. Elə xəstələr Bakıdan uzaqlaşdırılsa da daha yaxşı olar”.

Klinikanın adını açıqlamadığımız həkimi qeyd edib ki, Bakıdakı özəl klinikalarda belə əməliyyatlar aparılır. Xətai və İstanbul FBM klinikaları bu işlərlə məşğuldurlar.

Təbii ki, bəri başdan bilirdik ki, özümü jurnalist kimi təqdim etsək müraciət etdiyimiz klinikalar “bizdə belə əməliyyatlar keçirilmir” deyə cavab verəcəkdilər.

Üz tutduq Xətai Estetik Klinikasına... Əməkdaşımız tanışının cinsiyyətini dəyişmək istədiyini əsas gətirərək bunun mümkün olub-olmadığını dəqiqləşdirməyə çalışıb.

Klinikanın estetik cərrahının sualımıza ilk cavabı belə oldu: “Sizdən bir saat öncə əzilib-büzülən, incə səsli bir kişi zəng vurmuşdu. O, cinsinin dəyişdirilməsini istəyirdi. Telefonda o qədər əzilib-büzüldü ki, vəziyyətinin çox ağır olduğunu fikirləşdik”.

Elə xəstəxananın girişindəcə məlum oldu ki “əsil axtardığımız ünvan”a gəlmişik. Bütün xəstələrin əllərindən gəlib-keçdiyi xəstəxana işçiləri olan qızlar belə əməliyyatların aparıldığını və heç bir problemin olmadığını söylədilər. Onların bildirdiklərinə görə, bu xəstəxanda cinsiyyət dəyişdirmək istəyənlərin bəxtəvərləri də olur.

Belə ki, biseksuallarda (iki cinsiyyət üzvlü) asanlıqla bir cinsiyyət üzvü kəsilir və tək cinsiyyətli bir şəxs yaradılır: “Bizə bu əməliyyata görə yaxınlaşan xeyli sayda adam ver. Matkası və o biri cinsiyyət orqanı varsa, bu, daha asan olacaq. Oturub həkimi gözləyin...”

Nəhayət sözü gedən məşhur türk həkim əməliyyatını bitirib gəldi və başladıq söhbətə: “Xəstəni əvvəl görmək istəyirəm”.

Məlum oldu ki, az yaşlı birisi üzərində belə bir əməliyyat aparmaq üçün bir az gözləmək lazımdır. Çünki azyaşlılarda inkişaf gedir: “18 yaşdan sonra bu əməliyyat edilsə yaxşıdır”.

Həkimin bildirdiyinə görə, bu əməliyyatı aparmazdan öncə lazımı məhkəmə orqanlarından icazə kağızı və ən azı 3 ayrı-ayrı psixoloqdan rəy almaq lazımdır. Onun sözlərinə görə, əməliyyat çox ağırdır. Bunun üçün müəyyən şərtlərə əməl edilməlidir: “Bu, çox çətin bir əməliyyatdır. Əməliyyat 6 saat çəkə bilər. Əgər çətin olsa İstanbula göndəririk. Biz bu əməliyyatları çox etmişik. Əsasən isə 25-30 yaşlı şəxslərin cinsiyyətini dəyişdirmişik. 15 yaşlı və yaxud daha azyaşlıları əməliyyat etmirik. Çünki onlarda inkişaf gedir. Burada sadəcə estetik əməliyyatlar aparırıq”.

Bəs əməliyyat necə aparılır?

“Biz əvvəlcə aşağı bölgədə əməliyyat aparırıq. Bu əməliyyatı aparmaq üçün bədənin başqa yerlərində kəsim aparmırıq. Həmin əməliyyat zamanı mikroskopdan istifadə edirik ki, xəstənin damarlarına zərər dəyməsin. Əməliyyat zamanı hüceyrələrə də zərər dəyməməlidir. Bir az texniki, alət çatışmazlıqlarımız var”.

Əməliyat təkcə kəsib-tikməklə yekunlaşmır. Belə əsas işlər bundan sonra başlayır: “Belə əməliyyatlar çox etmişəm. Heç bir problem olmaz. Əməliyyatdan sonra həmin şəxsə hormon müalicəsi etmək lazımdır. Sinə və üz əməliyyatları vacibdir. Onun kişiyə bənzəməsi üçün burun əməliyyatı edilməlidir. Əməliyyatdan sonra həmin şəxsin üz hissəsinə müəyyən implantlar qoymaq lazımdır. Döş hissəsinə isə protezlər qoyuruq. Bunlar hamısı əlavə xərclər tələb edir”.

Kimlər bu əməliyyata gedirlər?

“Cinsiyyətini dəyişdirmək istəyən kişi qız kimi olmalıdır. O , psixoloji olaraq da özünü qadın kimi hiss etməlidir. O, zaman əməliyyat vacibdir. Başqa yolu yoxdur. Həmin şəxslər bütün hərəkətləri özlərindən asılı olmayaraq edirlər. Elə xəstələri müəyyən hərəkətlərə görə suçlamamalıdırlar. Həmin şəxslərin istənilməyən hərəkətləri hormonlardan asılıdır”.

Bu əməliyyatı etdirmək üçün isə insanlar minlərlə dollar pul xərcləyirlər. Həkim ilk əməliyyat üçün ödənilən pulun məbləğini də açıqlayıb: “Əgər psixoloq rəy verirsə, həmin şəxslərin cinsiyyətini 100 faiz dəyişmək lazımdır. Məhkəmədən icazə kağızı və psixoloqdan rəy alınarsa, mən əməliyyat edirəm. Azyaşlı birisini isə əməliyyat etmək üçün gözləyirəm. Bəzi insanlarda 18 yaşa qədər, bəzilərində isə 21 bir yaşa qədər inkişaf gedə bilir. İnkişaf bitməmiş əməliyyat etmək olmaz. Belə əməliyyat üçün İstanbul daha yaxşıdır. İstanbuldakı əməliyyatla buradakı əməliyyat arasında elə də böyük qiymət fərqi yoxdur. Cinsiyyət dəyişdirilməsi əməliyyatı bir az bahalıdır. İlk əməliyyat təxminən 10 min dollara başa gəlir. İlk əməliyyat çox önəmlidir. Bunun üçün çoxlu aparatlar lazımdır. Həmin cinsiyyət üzvünü kəsmək, başqa birisini onun yerinə tikmək üçün aparatların olması çox vacibdir. Burada əməliyyatı aparmaq çün böyük mikroskoplar yoxdur. İlk əməliyyat üçün tələb olunan mikroskop cihazının qiymət 300-400 min manatdır. Həmin əməliyyatı adi gözlə aparmaq olmaz. Əməliyyatdan sonra həmin şəxslərə mən özüm nəzarət edirəm. Əməliyyatın harada aparılması məsələsini isə xəstəni gördükdən sonra deyə bilirəm”.

Adıçəkilən klinikada apardığımız müşahidə zamanı cinsiyyətini dəyişmək üçün həkimə müraciət edən bir neçə nəfərə rast gəldik. Onlarla həmsöhbət olmaq istəsək də buna icazə vermədilər.

Əldə etdiyimiz digər məlumata görə, klinikada üzü tüklü, enli kürək, qalın səsli kişinin incə belli, nazik qaşlı, ehtiraslı sinəyə qadına çevrilməsi üçün cəmi 50-60 min manat pul lazımdır.

Araşdırmamızı davam etdirərək üz tutduq Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına. Burada isə bizə bildirdilər ki, orada ümumiyyətlə cinsiyyətin dəyişdirilməsi ilə bağlı heç bir əməliyyat aparmırlar.

Daha bir estetik cərrahiyyə ilə məşğul olan Istanbul FBM Estetik Klinikasında olduq.

Buradakı vəziyyət isə daha gözlənilməz oldu. Belə ki, burada da cinsiyyət dəyişməsi əməliyyatını həyata keçirən həkimlərə rast gəldik. Bu işlə məşğul olan həkimin adını öyrəndik, amma özünü xaricdə olduğu üçün görə bilmədik. Klinikadan bildirildi ki, həmin həkimin (Dr. Professor Ə.C) qəbuluna düşmək üçün fevral ayına qədər gözləmək lazımdır: “Belə əməliyyatın burda da aparılması mümkündür. O, işlərlə həmin türk həkimimiz məşğul olur. Biz qızıq, guya nəsə etmişik ki, oğlan olub da nəsə edəcəyik? Həmin həkim bizə dedi ki, Türkiyəyə cinsiyyət dəyişdirilməsi əməliyyatı üçün gedib. Hələ belə bir əməliyyat burada edilməyib. Amma mümkündür. Əməliyyatın qiymətini isə həkim özü müəyyənləşdirir. Qiyməti isə görüləcək işdən asılı olaraq dəyişəcək. Xaricə getməyə də əsas yoxdur. Burada da mümkündür”.

Daha sonra Mərkəzi Klinikada da olduq. Orada isə estetik cərrahiyyə ilə məşğul olan bir (T.S – şərti adı) həkim çalışır. Həkim bizə bildirdi ki, belə əməliyyatlar Mərkəzi Kilinikada ümumiyyətlə aparılmır: “Bizdə elə əməliyyatlar icra olunmur. Türkiyəyə gedilsə daha yaxşı olar. Amma Almaniya və Avropa ölkələrində də bu əməliyyatların keçirilməsini daha uğurlu hesab edirəm”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, bu əməliyyatların aparılması Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb, qadağandır: “Dövlət və özəl klinikalarının heç birində cinsiyyət dəyişdirilməsi əməliyyatı keçirilə bilməz. Qanunvericilikdə cinsiyyət dəyişdirilməsi ilə bağlı icazə olmalıdır. Azərbaycanda aparıla biləcək əməliyyatların siyahısı mövcuddur. Hələlik belə əməliyyatlar dövlət və özəl xəstəxanalarda keçirilə bilməz”.

Bir müddət öncə isə Azərbaycanda 10-a yaxın şəxsin cinsini dəyişməsi ilə bağlı məlumatlar yayılmışdı.

Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub (O, bir müddət əvvəl rəhmətə gedib). O, mətbuata müsahibələrində bildirib ki, ölkəmizdə cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i qadındır. 2012-ci ildə Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı bir əməliyyat belə aparılmayıb.

Qeyd edək ki, Azərbaycanda cinsi dəyişmə üzrə mütəxəssis – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə ötən il dünyasını dəyişib.

Xatırladaq ki, cinsi əməliyyat keçirən ilk kişi britaniyalı Corc Cemison olub. Onun bu addımı mətbuatda böyük səs-küy doğurub. İndi onun 80-a yaxın yaşı var, adı isə Miss Eypril Eşlindir. O, aktrisa və eyni zamanda transseksualların hüquqları üzrə mübarizə təşkilatının üzvüdür.

Qonşu Türkiyədə sənətçilər Bülənt Ərsoy və Zəki Müren də cinsini dəyişən məşhurlardandır. Türkiyənin məşhur aktirası Nil Erkoçlar isə, cinsiyyət dəyişdirərək xanımlıqla vidalaşıb kişi olub. Onun yeni adı isə Rüzgar Erkoçlardır.

İslam ölkəsi olan İran cinsini dəyişən insanlara görə lider ölkələrdən biridir. Bundan başqa, cinsini dəyişənlərin regionları arasında Avropa və ABŞ əsas yeri tutur. Avropada bu cür hal normal qarşılanır, hətta Polşa parlamentində cinsini dəyişən deputat da var.

Bir neçə gün öncə isə Türkiyədə ABŞ-ın İstanbuldakı baş konsulunun evlilik xəbəri yayılıb. Baş konsul Çarlz F.Hunterin türkiyəli Ramadan Çaysevər ilə evlənəcəyi ilə bağlı iddialar yayılıb. Toy mərasiminin bu ayın sonu Amerikada baş tutacağı qeyd edilib. Artıq ABŞ Xarici İşlər Nazirliyinin homoseksual evliliyə razılıq verdiyi bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qadını da, kişisi də cinsiyyətini dəyişən ailə -FOTOLAR

    Qadını da, kişisi də cinsiyyətini dəyişən ailə ...

    16-08-2014, 11:55

  • 
  • Qız onu zorlayan kişinin cinsiyyət orqanını kəsdi

    Qız onu zorlayan kişinin cinsiyyət orqanını kəsdi ...

    22-05-2017, 00:41

  • 
  • “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - Deputat

    “AZƏRBAYCANDA HOMOSEKSUAL VƏZİFƏLİLƏR VAR” - ...

    27-06-2015, 06:18

  • 
  • Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət orqanı tikildi

    Azərbaycanda ŞOK əməliyyat - Uşağa süni cinsiyyət ...

    30-10-2017, 18:33

  • 
  • Gürcüstanda yeni qanun: eynicinslilərlə evlənmək, cinsiyyətin dəyişdirilməsi əməliyyatı qadağan ediləcək

    Gürcüstanda yeni qanun: eynicinslilərlə evlənmək, ...

    4-10-2024, 19:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu