Dekabrın 19-da 1963-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov Vidalət Təbriz oğlu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gələrək nigahdan kənar yaşadığı 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırdığını bildirmişdir. Dərhal şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılmış, E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılıb ekspertin iştirakı ilə xarici və daxili müayinə olunmuşdur. Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir. V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?