Türkiyədə yeni çəkilən serialda azərbaycanlı mafiya başçısı. ANS PRESS-in məlumatına görə, uzun müddət gözlənilən həyəcan, məcara və məhəbbətdən bəhs edən "Ezra" Show TV-də başlayıb.
Filmin ssenarisinə görə, Qəzzada yaşayan Ezra adlı qız illər öncə uşaq evində itirdiyi qardaşını axtarır. Onun İtaliyada olduğunu eşidən qız qaçaq yollarla Avropaya getməyə çalışır. Ezra dənizdə atəşə tutulan qayıqdan son anda xilas olur.
Onu və xilas etdiyi İbo adlı uşağı liviyalı dənizçilər xilas edir. Onların həyatı silah qaçaqmalçılığı ilə məşğul olan cinayət dəstəyə rəhbərlik edən azərbaycanlı Cahangir Hüseynovun əlinə düşəndən sonra dəyişir. Cinayət maşını olan Cahangir üsyançılara silah satarkən qızı görüb bəyənir və onları alaraq İstanbula gətirir.
Türkiyədə isə “Tək tapanca" ləqəbli polis Cahangiri həbsxanaya geri yollamaq üçün əməliyyata başlayır. Türk polislə azərbaycanlı cinayətkar ərəb qızı Ezra üçün qarşı-qarşıya gələcəklər.
Sorğu
Yeni dizaynımız necədir?