GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda necə sürücü olurlar: “Bir molla, üç manat pul...”

Bakıda necə sürücü olurlar: “Bir molla, üç manat pul...”

Tarix: 22-12-2014, 11:46 Bölmə :Ölkə Baxış: 0
Bakıda necə sürücü olurlar: “Bir molla, üç manat pul...”


“Birinci maşın, sonra vəsiqə alırlar, axırda da kursa gəlirlər...”

Bakıdakı sürücülük kurslarının vəziyyəti ağlamalıdır

Müəllimlər tələbələrin tələskənliyindən, sonuncular da onların pul xətrinə uzunçuluğundan narazıdır


“Ay qız, başa düş, bunun adı “tormoz”du, obirininki sürət pedalı. Sən 5 dərsdir bunları qarışdırırsan. Gedib birinin maşınına vurassan. Nə sən altından çıxa biləcəksən, nə də mən... Anam, sənin “xvatkan” yoxdur, gəlmə. Ərinə de, o gəlsin, ona öyrədim. Səndə alınmayacaq. Özünü də, camaatı da bədbəxt eləmə...”

Bakının Ukrayna dairəsi deyilən ərazisində “yezda” dərsi verən müəllimlərdən birinin tələbəsi ilə söhbətinin düz üstünə çıxmışdım. Kişinin hirsdən az qala burnundan da tüstü çıxırdı, tələbə isə üzündə dünyanın ən pərt ifadəsi ilə gözlərini yerə dikmişdi. Az keçmədən qadın müəllimi ilə sağollaşdı və bizə də Bakıdakı sürücü kurslarından birinin timsalında ümumi mənzərəyə baxmaq, müəllimlərlə söhbətləşmək fürsəti yarandı. Son illər Bakıda xeyli populyar və gəlirli sahələrdən biri də sürücülük kurslarıdır. İnsanlar tıxacın, ictimai nəqliyyatın... əlindən özlərini yollara rəsmən “atırlar”. Bir-iki “yezda” dərsi, 800-900 manata sürücülük vəsiqəsi və yollarda yeni fəlakət. Kişilərə inansaq, bunun səbəbi səriştəsiz qadın sürücülər, qadınlara görə isə səbəbkar sayğısız, qaydalara uymayan, “avtoş”luq edən bəzi kişilərdir. Bütün hallarda isə problemin mənbəyini bu kurslarda axtarmaq lazımdır. Müəllimlər nə deyir? Kim sürücülüyü necə, neçəyə, nə qədər müddətə öyrənir?
Ailem.az mövzunun arxasınca düşüb, həm “qurban”lar – kursun məzunları, həm də müəllimlərlə danışdı. Ortaya ilginc detallar çıxdı. Başlayaq elə yazının girişindəki əsəbi müəllimdən. Adı Vaqifdir, köhnə bir “Mercedes” markalı maşını ilə kurs keçir. Sovet dövründə Trolleybus Parkında işləyib. Təxminən 95-ci ildən isə bu işlə məşğuldur. Əvvəllər “Gənclik” metrosu yaxınlığında, Tofiq Bəhramov adına stadionun qarşısında dayanırmış. Amma sonradan rəqabət güclənib, şəhərin nisbətən kənar yerinə yönəlib. Dediyinə görə, son illər sürücülük dərsinə gələnlərin 75 faizini qadınlar təşkil edir: “İndi kişilər təzə üsul tapıb. Fikirləşirlər ki, uşaqları dərsə, məşğələyə, kursa aparmaq üçün ayrıca taksi tutub, ayda 200 manat verməkdənsə, elə arvada maşın alsalar yaxşıdır. Birinci maşını alırlar, sonra “prava”nı. Ən axırda da kursa gətirirlər. Deyirlər, iki-üç dərsə buna maşın sürməyi öyrət. Belə olmaz axı...”

Vaqif müəllim hesab edir ki, qadınlar çox məsuliyyətli və diqqətli olsalar da, maşını hiss edə bilmirlər: “Ya çox qorxurlar, ya da heç qorxmurlar. Orta hədd olmadığı üçün dərslər əziyyətli keçir. Amma eləsi də var ki, 4 dərsə hər şeyi qavrayır. Əsas məsələ düz yolda sürmək deyil. Mən onları şəhərin tıxacına salıram ki, qoy bərkə-boşa düşsünlər. Adama deyirəm ki, hələ tam öyrənməmisən, yola çıxma. Başa düşmək istəmir. Deyir ki, siz dərsləri uzatmaq üçün elə deyirsiniz. Daha anlamır ki, bir var burda mənim bir əlavə dərsimə 20 manat verəsən. Bir də var, maşın sürə bilmədiyin halda, gedib yolda qəza edəsən, neçə yüz, neçə min manat xərcə düşəsən. Hansı yaxşıdır?”.

Bu yerdə söhbətə başqa bir həmkarı da qarışır. Taleh Mehdiyev adlı digər müəllim deyir ki, indi kursa gələn tələbələrin əsasən qadınlardan ibarət olmasının bir səbəbi var: hamı bir-birinə baxıb həvəslənir: “Qadınlar paxıl olur. Görür ki, bir başqası sürür. Dərhal düşünür ki, o, niyə sürsün, mən yox? Ümumiyyətlə, hamı o düşüncə ilə maşın sürməyə həvəslənir ki, bütün şəhərdəkilər necə sürür? Mən də sürməliyəm”.

Müsahibimiz hesab edir ki, qadın sürücülər kişilərdən daha diqqətlidir. Bununla belə, bəzən hədsiz həssaslıqları nəqliyyatda problemli vəziyyət yaradır: “Qadın sürücülər etika xətrinə çox sürücüyə yol verir. Bundan başqa, insanların bir-birinin bəhsinə maşın sürməsi doğru deyil. Nəzərə almırlar ki, sürücü olmaq da bəzi xüsusiyyətlər kimi fərdidir. Yəni bu vərdişi hamı eyni cür mənimsəmir. Birinin götürmə, qavrama qabiliyyəti yüksəkdir, o birininki zəif. Adam var, 3 dərsə əla maşın sürməyi öyrənir, adam da var, 2 aya öyrənə bilmir. Amma Sovetin vaxtında belə bir qayda var idi ki, sürücülüyü öyrənmək üçün 24 saat maşın sürməlisən. Yəni 23 saat yarım ”yezda" dərsi, yarım saat da imtahan. İndi xanımlar iki-üç dərs gəlir, maşını yerindən tərpədə bilən kimi deyir ki, getdim özümə “prava” və maşın almağa. Elə ona görə də şəhər bu gündədir".

Müəllim hesab edir ki, indiki tələbələrin əksəri əyləci yox, sürəti sevirlər. Müsahibimiz Bakıda təlim dərsləri üçün boş yolların olmamağından da şikayətləndi. Onun dediyinə görə, digər sürücülər təlim maşınlarına güzəşt etmir: “Dəfələrlə tələbələrlə yola çıxanda digər sürücülər qəza vəziyyəti yaradıblar. Ya tələbəni çaşdırırlar. Sürücü xanımdırsa, onu incitmək üçün yol vermirlər, yolda oynayırlar. Bütün bunlar çətinlik yaradır”.

23 yaşlı Günel Həsənova da “yezda” dərsinə gedənlərdəndir. Onun fikrincə, müəllimi dərsləri süni şəkildə uzadır: “Mənə düz 4 dərs “”parkovka” öyrətdi. Halbuki 2-ci dərsin axırında mən bu işi öyrənmişdim. Üstəlik, məni ancaq şəhərin maşınlar olmayan yerlərinə aparır. Orda maşın sürməyə nə var ki? Düpbədüz yoldur. Yol nişanlarının, yol ayrıclarının bol olduğu yerlərdən keçmirik”.

Müsahibimiz kursa adını yazdırsa da, dərslərdə iştirak etmir. Dediyinə görə, onun əvəzinə qaydalar kitabını oxuyur: “Mən işləyirəm. İşdən icazə verməzlər gedib 1-2 saat kursda oturum. Axşamlar isə evə tez getməliyəm, imkanım olmur. Özü də mən kursa sənədimi verəndə dedilər ki, gəlməyə də bilərsən. 45 gün sonra gedib sənədlərimi götürdüm. Bir-iki dərs də öyrənim, kreditlə maşın alacam, birini tapmışam”.

Apardığımız reydlər zamanı məlum oldu ki, əksər sürücülük kurslarında dərslər həftə boyu üç dəfə keçirilir. Aylıq ödənişi 50-100 manat arasında dəyişir. Dərs zamanı daha çox nəzəriyyə öyrədilir ki, çox adam da kursa qatılıb buna vaxt sərf etmək əvəzinə kitabdan oxumağa üstünlük verir. Məlum olur ki, insanlar kursa daha çox şəhadətnamə almaq və imtahana qatılmaq üçün müraciət edir.

Maraqlıdır ki, sürücülük kursunun tələbələri üçün əsas məsələ “yezda” (söhbət praktik məşğələdən gedir) dərsləridir. Bu isə kurs üçün verilən məbləğə daxil deyil. Əgər mexanika avtomobil sürmək istəsəniz, bunun bir saatı 12 manatdır. Avtomat “karobka” maşın sürmək istəyənlər 20 manat, böyük “ZİL” “maşın”ının isə saatı 30 manatdır.

Ekspertlər isə deyir ki, sürücülük kursları rəhbərləri qeydiyyatı köhnə tarixə yazaraq əlavə pul alırlar. Bəzi kurslarda insanların pulu alınır, adları yazılır və vaxt tamam olduqdan sonra vətəndaşın orada oxuması haqqında şəhadətnamə verilir. Şəhadətnaməni alandan sonra imtahana girmək prosesi başlayır. Heç məktəbin yerini tanımadan sürücülük vəsiqəsi alanlar da var. Hazırda fəaliyyət göstərən sürücülük məktəblərinin bir çoxu insanlara bu sahədə bilgi yox, sadəcə imtahana buraxılmaları üçün sənəd verir.

Araşdırmalar göstərir ki, bu sahədə qanun pozuntusu halları var. Belə ki, fərdi şəxslər sövdələşmələrə girir və öz bildikləri kimi hərəkət edirlər.

Əsli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın sürücü avtomobili yük maşınına çırpması nəticəsində ölüb

    Bakıda qadın sürücü avtomobili yük maşınına ...

    19-12-2018, 14:21

  • 
  • Bakıda sürücü yol polisinin üstünə silah çəkdi

    Bakıda sürücü yol polisinin üstünə silah çəkdi ...

    1-02-2018, 11:48

  • 
  • Bakıda qadın sürücü qəza törətdi, yolda tıxac var

    Bakıda qadın sürücü qəza törətdi, yolda tıxac var ...

    5-02-2018, 20:48

  • 
  • Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır

    Şəmkirdə qadın davası: birinin vəziyyəti ağırdır ...

    22-01-2017, 16:15

  • 
  • Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü

    Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz ...

    4-07-2019, 14:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu