“31 DEKABR Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” ilə bağlı Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə təşkilatının ofisində tədbir keçirilib.
logo2vhmTədbirdə tanınmış jurnalistlər və ictimai xadimlər iştirak ediblər. Tədbirin əsas məqsədi dünyanın istənilən yerində məskunlaşan azərbaycanlıların vətənimizin problemlərinə diqqət ayırmasının zəruriliyini qabartmaq olub. Bildirilib ki, 2015-ci ildə bütün azərbaycanlılar Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə daha dolğin çatdırılması üçün üzərlərinə düşən vəzifələri icra etməlidirlər. 26 Fevral XOCALI SOYQIRIMInın təbliği ilə bağlı il boyu davamlı tədbirlərin təşkil olunmasının vacibliyini önə çəkən ziyalılar, sonda ölkə başçısı, cənab İlham Əliyevə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü”ndə humanist addım atıb həbsdə olan siyasi məhbusları, o cümlədən də jurnalistləri azad etməyə çağırıblar. Onlar “Xural” qəzetinin Baş redaktoru Əvəz Zeynallının, Şəmsiyyə Bəylərqızının, “N!DA” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin, Tofiq Yaqublunun, Yadigar Sadıqovun və Nazim Quliyevin azadlığa buraxılmasının Azərbaycan cəmiyyətində yüksək humanistlik nümunəsi kimi qarşılanacağına əmin olduqlarını bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?