Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirib.
Məlumata görə, o, Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etmək ehtimalının yüksək olduğunu bildirib.
Rostomyan qeyd edib ki, erməni idmançıların Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etməmək üçün heç bir səbəb görmür.
"İdmançılarımızın təhlükəsizlik və məişət problemləri həll olunub. Amma iştirakımızla bağlı yekun qərar fevralda veriləcək. İdmançılarımızın valideynləri Azərbaycana gedəcəyimizə görə narahat olmasınlar. Doğrudu, son qərarı valideynlər verəcək. Ancaq idmançılarımızda psixoloji narahatçılıq yoxdur", deyə Rostomyan bildirib.
Sorğu
Yeni dizaynımız necədir?