GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » GENERAL AGENT AXTARIŞINA ÇIXIB – VERGİLƏR NAZİRLİYİNDƏ ARA QARIŞIB

GENERAL AGENT AXTARIŞINA ÇIXIB – VERGİLƏR NAZİRLİYİNDƏ ARA QARIŞIB

Tarix: 25-12-2014, 23:06 Bölmə :Ölkə Baxış: 0
GENERAL AGENT AXTARIŞINA ÇIXIB – VERGİLƏR NAZİRLİYİNDƏ ARA QARIŞIB

Bir neçə gün öncə məlumat vermişdik ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bir nəfər axtarışda olan şəxsin əvəzinə onun qardaşı həbs edilib. Həmin yazıdakı bir sıra mühim məqamları xatırladırıq:

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş əsas funksiyası əlbətdə ki, vergilərin doğru dürüst hesablanaraq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsidir.

Döğru və dürüst vergi ödəməyən şəxslərin, sahibkarların fəaliyyəti yoxlanaraq həmin işlər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilir və həmin şəxslər orada öz məsələlərini həll edirlər.

Göstərilən təşkilatın tərkibində Əməliyyət idarəsi, İstintaq idarəsi, Təşkilat analitik şöbəsi, Kriminalistika bölməsi mövcuddur və həmin şöbələrin adından məlum olur ki onlar hansı işlərlə məşğuldurlar.

Departamentin rəisi vəzifəsini bir neçə ildir ki, general Vidadi Məmmədov tutur. Sizlərin nəzərinə insan hüquqlarının taptalanmasını və bir azərbaycanlı ailəsinin faciəsini çatdırmaq istərdik.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin icraatında olan 142980213 saylı cinayət işinin istintaqı nəticəsində məlum olmuşdur ki, 20.06.1988-ci ildə, Şuşa şəhərində anadan olmuş Abbasov İlkin Cahangir oğlu «Proqress AC», «Maqus print», «Atlant Tur Qrupp» və «Asko ram» MMC-lərə faktiki olaraq rəhbərlik etmiş və həmin müəssisələrdə vergiləri ödəməkdən yayınmışdır. İstintaqa gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, lakin axtarış zamanı Abbasov İlkin Cahangir oğlunun yerinə onun qardaşı 11.12.1994-cü il tarixdə anadan olmuş doğma qardaşı Abbasov Əlisahib Cahangir oğlu tutularaq heç bir cinayfəti olmadığı təqdirdə, tamamilə bu işlərdən anlaqsız vəziyyətdə 15 dekabr 2014-cü il tarixdə VCİAD-ın inzibati binasına gətirilərək saxlanılmışdır.

Nəzərinizə çatdırırıq ki, şəxs həbs olunduqda bu barədə bir neçə hüquq mühafizə orqanı məlumatlandırılır, məhkəmə, polis, prokurorluq və həbs etmək istəyən orqan bu halda Vergilər Nazirliyidir. Həmçinin demək lazımdır ki, Vidadi Məmmədov rəhbərlik etdiyi təşkilatda güclü maddi texniki bazası olan kriminalistika bölməsi fəaliyyət göstərir. Orada hər bir həbs edilən şəxsin əl barmaq izləri götürülür.

Qeyd etdiyimiz İlkin Abbasovun barəsində əvvəl axtarış elan edilmiş sonra isə onun qardaşını Əlisahib Abbasovu Əməliyyat idarəsi axtarışla idarəyə gətirmiş və istintaq İdarəsinin rəis müavini polkovnik Qurban Mehrəliyevə təhvil vermişdir. Q.Mehrəliyev həmin şəxsin sənədlərini toplayaraq Yasamal rayon məhkəməsinə təhvil vermiş və Yasamal rayon məhkəməsinin qərarı ilə bir nəfər cinayəti olmayan şəxs həbs edilmişdir.

Bu insan hüquqlarının ə taptalanmasından başqa, Vergi orqanlarının yalnız pul yığmasından başqa heç bir şey deyil.

Bu insanın, yəni Vidadi Məmmədovun ümumiyyətlə fəaliyyətinə nəzər salsaq, həmin şəxs Daxili İşlər nazirliyindən iqtisadi cinayətkarlıq idarəsi ləğv edildikdən sonra vergilər nazirliyinə gəlmiş və VCİAD-da əməliyyatçı vəzifəsində işləmişdir. Orada o, nazirin əmri ilə cəzalanaraq polkovnik leytenant rütbəsindən mayor rütbəsnə layiq görülmüş, sonradan isə naməlum səbəblərdən yenə də iri addımlarla vəzifələrə qalxaraq ölkənin ən böyük İstintaq aparatına heç bir istintaq yalnız «OBXSS» təcrübəsi olan şəxs kimi yiyələnmişdir.

Baxın, bir neçə dəfə mətbuatda müxtəlif vaxtlarda orqanların adi vətəndaşlarla kobud davranması, hüquqların pozulması kimi keçir, lakin vergi orqanlarında bunların baş verməsi çox acınacaqlıdır.

Bir idarədə ki, əməliyyat üzrə müavin cənab nazirin yeznəsi hörmətli Namiq Quliyev işlərdən kənar qalmış, peşakar İstintaqçı Şahin Rüstəmov repressiyalara məruz qalaraq, yerinə təcrübəsiz, cavan oğlan, Vidadi Məmmədovun sevimlisi Elnur Şirinov hazırlanır. Bir neçə vaxt öncə Elnur Şirinov barədə mətbuatda müəyyən məlumatlar olmuş lakin V.Məmmədov bunları araşdırmağa imkan yaratmamışdır.

2009-cu ilin avqust-sentyabr aylarında belə bir hadisə baş vermiş, lakin işıqlanmamışdır. Belə ki, nəticədə o illərdə Departamentin rəisi olan Vüqar Əliyev, rəis müavini Namiq Quliyev, İstintaq şöbəsinin rəisi Zülfü Həsənov, bölmə rəisi və müstəntiq bir gecədə işdən azad olaraq sərəncama çıxarılmışdır.

Lakin sonradan Vüqar Əliyev digər işlə təmin edilmiş, Namiq müəllim isə hədiyyə alaraq öz vəzifəsinə qaytarılmışdır.Qeyd edim ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində çoxlu bu cür əhvalatlar baş verir, əlavə olaraq məlumatlar veriləcək”.

V.Məmmədovun özunəməxsus idarəçilik metodikasında isə həqiqətən analoq yoxdur. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, məsələn Ədliyyə Nazirliyi Penitensiar Xidməti harada ki, Əlisahib Abbasov saxlanılır, Yasamal məhkəməsi və sair, lakin nəyəsə görə bunlar susurlar və guya yeganə çəkindikləri Prezident Administrasiyasına xəbər vermirlər, yəni Prezidenti aldadırlar. Buna səbəb isə hamının ticarət obyektlərinin olması və daima Vergilər nazirliyinə söz demək xahiş etmək məcburiyyətidir.

Bunlar məyər inanmırlar ki, övladları, nəvələri, qohumları bu cür vəziffədə ola bilərlər.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Vidadi Məmmmədov Ulu öndər Heydər Əliyevə hədə qorxu gələn sabiq Daxili İşlər naziri İskəndər Həmidovun yaxın qohumudur. Vidadi Məmmədovun digər qohumlarıda vardır ki, onlar daim vəzifələrdə olmuş lakin Heydər Əliyev tərəfindən işdən çıxırılmışlar, buna baxmayaraq onların qohumları da yenə də Vergilər Nazirliyinin digər struktur və təşkilatlarında rəhbər vəzifələrində çalışırlar.

Bu gün mövzu ilə bağlı aldığımız informasiyada bildirilir ki, yuxarıda sadalanan məqamlar mediada yayılandan sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində ara qarışıb. Belə ki, redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, Vergilər Nazirliyinin generalı Vidadi Məmmədov departamentdən son sızan informasiyaların izinə düşməyə çalışıb və bu zaman demək olar ki, hər kəsdən şübhələnərək genişmiqyaslı “AGENT OVU”na çıxıb. Mənbə bildirir ki, general daha çox şübhələndiyi şəxsi də artıq müəyyən edib: “Vidadi Məmmədovun tələbi ilə müstəntiq Şahin Rüstəmov istefa verməyə məcbur edilir”.

Mövzu ilə bağlı yeni gəlişimələri diqqətdə saxlayırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyi 117 min adamın borcunu sildi

    Vergilər Nazirliyi 117 min adamın borcunu sildi ...

    15-07-2015, 15:09

  • 
  • Anar Məmmədova cinayət işi açıldı

    Anar Məmmədova cinayət işi açıldı ...

    7-03-2020, 22:38

  • 
  • Bakıda vergi borcuna görə iki nəfər həbs olundu

    Bakıda vergi borcuna görə iki nəfər həbs olundu ...

    12-10-2015, 13:04

  • 
  • Vergi nümayəndələri Turan-ın sənədlərini götürür - Foto

    Vergi nümayəndələri Turan-ın sənədlərini götürür ...

    16-08-2017, 13:12

  • 
  • Bakıda vergi əməkdaşları rüşvət alarkən saxlanıldı — EKSKLÜZİV

    Bakıda vergi əməkdaşları rüşvət alarkən ...

    15-02-2018, 21:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu