“Adam içində” verilişində şok olay! “Bu gün Azərbaycan məhkəmələri artıq 15-20 il əvvəlki kimi deyil. Bu gün məhkəmələrimizdə aparılan islahatlar nəticəsində artıq Avropa məhkəmələri səviyyəsində insan hüquqları qorunur”. Bunu azərbaycanlı iş adamı, “Excellent” şirkətinin direktoru Hacı Quliyev övladları qarşısında cinsi zorakılığa məruz qalan qadınla bağlı gundemxeber.az saytına fikir bildirərkən deyib. ANS TV-də aparıcı Elgiz Əkbərin təqdimatında yayımlanan “Adam içində” verilişində ailə məsələləri üzrə ekspert qismində çıxış edən H.Quliyev əyalətlərdə yaşayan əhalinin bu kimi vəziyyətlərdən çıxış yolları tapmaqları üçün az məlumatlı olduğlarını bildirib. İş adamı əsasən üzünü əyalətlərdə yaşayan əhaliyə tutaraq bildirib: “Bu kimi hallarda bölgələrdə fəalliyət göstərən vəkillər kollegiyasının bürolarına, hüquq məsləhətxanalarına müraciət etsinlər. Mövcud yaranmış vəziyyətlə bağlı həmin ananın məsələsinin düzgün istiqamətləndirilməsində kömək edəcəyik”. Məlumat üçün bildirək ki, övladları qarşısında cinsi zorakılığa məruz qalan ana həyat yoldaşından ayrılmaq üçün “Adam içində” verilişinə üz tutub. Həyat yoldaşı tərəfindən döyülərək bud çanağı sındırılan və bir çox bədən xəsarətləri alan qadın uzun müddət kimsəsiz və çarəsiz qaldığından cinsi zorakılığa dözmək məcburiyyətində qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?