Türkiyənin “Kanal 24″ telekanalında “Bakıda anlamlı basqın” başlığında xəbər efirə gedib. Xəbərin aparıcısı ilk olaraq, qısa şəkildə dinləyiciləri mövzu ilə bağlı məlumatlandırıb. Mövzuya giriş edən xəbər aparıcısı sonra Bakıda “Azadlıq” radiosuna hücumla bağlı şəkli ekranlara gətirib.
Şəklin üzərindən aparıcı bunları deyib: “Fotoda Azərbaycanın cavabdeh şəxsləri bu radionun mərkəzinə basqın etdilər və Amerika hökuməti bunun bir media hücumu olduğunu irəli sürdü və demokratiyadan söz etdi.”
Sonda aparıcı maraqlı bir sualla müraciət edərək xəbəri yekunlaşdırıb:
“CİA tərəfindən dəstəklənən bir radionun Bakıdakı mərkəzinə hücum edilməsi nə zaman media azadlığı üçün yer alan bir anlayışdır!?”
gundemxeber.az saytı olaraq həmin videogörüntünü Media Təqib Mərkəzinə istinad edərək sizə təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?