Məşhur türk aktrisa Serenay Sarıkaya etdiyi hərəkəti ilə biabır olub.
ANS PRESS-in məlumatına görə, Serenay Sarıkaya intellektual görünmək istəyərkən gülməli vəziyyətə düşüb.
Serenay Sarıkaya sosial şəbəkədəki profilində "Kürk Mantolu Madonna" və "Ben uyurken gitseydin" adlı kitabları paylaşıb:
“Bunları şirinim göndərib, neçə vaxtdır paylaşmağı unutmuşam. "Kürk Mantıqlı Madonna" onsuzda ən sevdiyim kitabdır. Digərini də ən yaxın zamanda oxuyacağam".
Aktrisanın bu zaman oxuduğunu bildirdiyi kitabın adını yalnış yazması izləyicilərin diqqətindən qaçmayıb.
Kitabın adını səhv yazdığına görə, izləyiciləri aktrisanı tənqid edib.
"Məndə də "Kürk Mantolu Madonna "var, nə cahilsən" kimi şərhlər aktrisaya ünvanlanıb.
Bu sözlərdən sonra yazdığını silən Serenay Sarıkaya kitabın adını düzəldərək yenidən paylaşıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?