Türkiyəli müğənni Sərdar Ortaç “TV8”də yayımlanan “Hülya Avşar” proqramında maraqlı açıqlamalar verib.
Həyat yoldaşı Xloe Luqnanı qısqanmadığını deyən sənətçi onun öpüşmə səhnəsi olan filmlərə də çəkilməsini istəmir: “Əslində bunu Xloe də istəmir. Bir dəfə ona bir təklif gəlmişdi: mafiya başçısının sevgilisi rolunu canlandırmalı idi. Özü çəkilmək istəmədi. Xanımımın dodaqları mənə aiddir. Rol üçün də olsa, öpüşməsinə icazə vermərəm”.
Sorğu
Yeni dizaynımız necədir?