Son aylar klipləri və mahnıları ilə gündəmə gələn müğənni Vüsalə Rəcova uğurunun pərdəarxası məqamlarından danışıb. ATV maqazin jurnalına müsahibəsində sənətçi etiraf edib ki, kliplərini uğurlu alınmasının daha bir sirri tərəfmüqabili ilə yaşadığı həqiqi sevgidir. "Yəni klipdə rol xatirinə rol oynanılmayıb, hər şey olduğu kimi - qısqanclıq qısqanclıq, sevgi də sevgi kimi təqdim olunub.
Bəlkə də bu kliplərdən sonra çoxları həyatda xəyanətlə çox rastlaşdığımı düşünməyə başlayıb. Ancaq bu günə qədər sevdiyim insandan bir dəfə də olsun xəyanət görməmişəm. Xəyanət etsə, dünyanı dağıdaram, çox qısqancam (gülür). Klipimdəki toy səhnəsini canlandıran zaman da tərəfmüqabilimlə gerçək hissləri yaşamışıq.
Həmin gün hər ikimiz o qədər həyəcanlı idik, sanki öz toyumuz idi. Qafur mənim sırf tərəfmüqabilim olsaydı, o həyəcanı bu qədər həssaslıqla yaşaya bilməzdim” – deyən sənətçi, "bu həyəcanı gerçək həyatda da yaşamağı düşünmürsünüz?” – sualına belə cavab verib: "Mən alın yazısına çox inanıram. Allahın izni olmadan budaqdan yerə bir yarpaq belə düşə bilməz. Nə deyə bilərəm? Hər şey Allahın əlidədir.
Bəzən elə xasiyyətlərimiz üzə çıxır ki, özümüz də şoka düşürük, amma şükür, dolanırıq. Bundan başqa, aramıza girənlər də çox olur”. Sənətçini dərgi üçün çəkilən fotolarını təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?