Suriyanın Türkiyə ilə sərhədində Yavuzlu kəndində qaçaqmalçıların arxasınca sərhədi keçən Türkiyə Silahlı Qüvvələrinin bir zabiti qaçırılıb. Avropa.info xəbər verir ki, hadisənin iki gün əvvəl baş verdiyi öyrənilib . Hərbi mənbələr qaçırılma hadisəni təsdiqləyib. Zabiti kimin qaçırdığı hələ məlum deyil. Təhlükəsizlik orqanları hadisənin PKK-nın Suriya qolu PYD tərəfindən həyata keçirilə biləcəyini ehtimal edirlər. Mənbələr zabitin tapılaraq Türkiyəyə ekstradisiya edilməsi üçün Milli İstiğbarat Təşkilatının (MİT) dövrəyə girdiyini bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?