gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, 23 yaşlı yapon turisti 5 nəfər qaçırıb. Onu uzun müddət gizli yerdə saxlayıblar və hər gün qıza təcavüz ediblər.
Belə ki, Hindistanda otelə gələn yapon turistə 2 nəfər yaxınlaşıb. Bildiriblər ki, onlar otelin işçiləridir. Qıza şəhəri tanımaq üçün kömək edə biləcəklərini deyiblər. Buna aldadan qız razılaşıb.
Daha sonra qızı aparan 2 nəfərə 3 nəfər də qoşulub. Guya onlar da turistdilər. 23 yaşlı yaponu Benqal əyalətindəki məkanlarına aparıblar. Pul kartını əlindən alıblar. Daha sonra isə qızı zorlayıblar. Hadisə noyabrın 23-də baş verib. 10 gün qızə təcavüz ediblər.
Cinayətkarların əlindən qaçmağı bacaran qız Yaponiya səfirliyinə müraciət edib. Qısa müddət ərzində 5 nəfərin hər biri saxlanılıb.
Bu xəbər mediada yayıldıqdan sonra Hindistanda yerli sakinlərlə yanaşı, yapon qızları da etiraz aksiyalaarı keçiriblər.
Qeyd edək ki, bu cür hallar Hindistaanda tez-tez baş verir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?