Redaksiyamıza müraciət edən Bakı sakini Əliyev Mahmudun şikayəti bu gün Azərbaycanın ayrı-ayrı turizm bölgələrində istirahət mərkəzlərinin əslində profilinə uyğun fəaliyət göstərməməsindəndir. Belə ki, Bakı sakini redaksiyamıza yazdığı müraciətində bildirir ki, bir neçə gün əvəl Masallı rayonuna istirahət etmək üçün getsə də, başına gələn oyunlardan qanı əməlli-başlı qaralıb.
Narazı vətəndaşın bildirdiyinə görə, iş adamı olduğundan istirahətinə hər dəfəsində vaxt ayıra bilmir: «Bu dəfə də məktəblilərin payız tətilindən istifadə edərək ailəlikcə Masallı rayonuna səfər etdik. Deyim ki, ilk dəfə deyildi. Və buna qədər də həmin rayonda qış-payız aylarında istirahət etmişdik. Xoşumuza gəldiyindən və həmçinin Masallının Yardımlı və digər səfalı rayonlara yaxın olması səbəbindən yenə də həmin ünvanı seçdik».
Narazı vətəndaş dia.az-a yazır ki, amma bu dəfə qaldıqları yeri dəyişib, ilk dəfə olaraq rayon ərazisində yerləşən «Gölüstü» ailəvi istirahət mərkəzində qalmaq fikrinə düşüblər: «Biz əvvəlindən də otelin işçilərindən burada nalayiq hərəkətlərin olub-olmadığını soruşduq. Və bizə bildirdilər ki, belə şeylər burda baş vermir. Yəni hər ikimiz nəyi nəzərdə tutduğumuzu yaxşıca anladıq. Ona görə də 3 günlük pul ödədim».
Narazı vətəndaş bildirir ki, amma orada cəmi bir gün qalıb: «Elə həmin axşamı «Gölüstü» Parkının əslində bir əxlaqsızlıq yuvası olduğunu gördüm. İstirahət mərkəzinin işçiləri bir yana, mərkəzin sahibinin oğlu müştərilərə yüngül həyat tərzi keçirən qadınları daşımaqla məşğul idi. Bunu da oradan öyrəndim və elə gecəykən oradan uzaqlaşdım».
Vətəndaş bildirir ki, bu kimi istirahət mərkəzlərinin fəaliyyətinə dövlətin müvafiq qurumlarının göz yumması da anlaşılan deyil: «Hər halda, Masallı kimi dindar zonada belə obyektlərin fəaliyyət göstərməsi ürəkağrıdandır»…
İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…
Bakı sakini Masallıda gördüklərindən dəhşətə gəldi - «Gölüstü» Parkı əxlaqsızlıq yuvası imiş
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?