ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yerli vaxtla saat 19:30-da mərkəzi Xəzərdə zəlzələ qeydə alınıb.
Dənizdə 50 km dərinlikdə baş verən təkanın maqnitudası 3,5 bal gücündə olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, 2015-ci ilin ilk günündə də Azərbaycanda ardıcıl olaraq iki zəlzələ baş verib.
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən verdiyi məlumata görə, birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.
İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?