YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovski Parisdə baş vermiş olaylarla bağlı əxlaqsız bir bəyanatla çıxış edib.
gundemxeber.az avropa.info-ya istinadən xəbər verir ki, vaxtilə korrupsiyaya görə Rusiya prezidenti Putinin həbs etdirdiyi Xodorkovski , özünün Tvitter səhifəsində KİV-ləri Məhəmməd peyğəmbərin (s.a.s) karikaturalarını dərc etməyə çağırıb.
Azərbaycandan isə ona millət vəkili Fazil Mustafa cavab verib. Deputat Facebook-dakı statusunda Xodorkovskini əxlaqsız adlandırıb.
"Rusiya Prezidentinin bir sıra addımlarını qınasaq da, bəzi addımlarına haqq qazandırmamaq olmur. “ЮКОС” neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini deyəsən haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb. Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm.
Adam bütün müsəlmanları qıcılandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. Özünün Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Bunun qisasının Məhəmməd Peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib. Peyğəmbərin karrikaturasını çəkməklə hansısa xəstə təxəyyülü insan həzz alırsa, bunları heç ciddiyə almağa da gərək yox. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır.
Sorğu
Yeni dizaynımız necədir?