Başındakı 30 santimetrlik bıçaqla 100 km məsafə qət etdi. Braziliyada bıçaqlandıqdan sonra möcüzə nəticəsində sağ qalan adam bütün dünyanı şoka salıb.
Dəhşətli olay ölkənin şimal-şərqingəki Teresina şəhərində baş verib. Motosiklet sürücüsü Juaselo Nunyes tanımadığı adamların hücumuna məruz qalıb. Hücum edənlərdən biri ortalıqda tək qalan motosikletçini bıçaqlayıb. 30 santimetrlik bıçaq Juaselonun başından girib, çənəsindən çıxıb. Onun öləcəyini düşünən cinayətkarlar dərhal aradan çıxıblar. Juaselo isə başındakı 30 santimetrlik bıçaqla motosikletinə minərək yaşadığı şəhərdəki xəstəxanaya tələsib. 2 saat dayanmadan motosiklet idarə edən braziliyalı özünü xəstəxanaya çatdıranda həkimlər də gördükləri mənzərə qarşısında şoka düşüblər. Bıçaq möcüzə nəticəsində sağ qalan Juaselonun başında elə yerlərdən keçib ki, cərrah belə o dəqiqliklə bıçağı həmin yerə yerləşdirə bilməz. Belə ki, bıçağın tiyəsi onlarla ölümcül sinir hüceyrəsinin arasından sıyrılıb, sol gözün bir neçə millimetrliyindən keçərək damağı deşib və çənədə dayanıb.
Xəsarət alan şəxsin həyat yoldaşı isə baş verən dəhşətli hadisəni bu sözlərlə izah edib.
Özünə gəldikdən sonra olayla bağlı açıqlama verən yaralı isə, onu kimin bıçaqladığını görmədiyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?