Azərbaycanın hüquq-mühafizə orqanları İŞİD üzvlərinə qarşı əməliyyatları Türkiyə Milli İstehbarat Təşkilatı ilə birgə həyata keçirir.
Bu özəl xəbəri verən təhlükəsizlik üzrə mütəxəssislərdən birinin sözlərinə görə, əvvəl 26, ardınca 10 radikal qrup üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları bu əməliyyatları Türkiyə MİT-i ilə parallel, daha doğrusu, əməliyyat məlumatlarının qarşılıqlı mübadiləsi ilə təşkil edir. Əməliyyatların davam edəcəyi və Azərbaycan ərazisindən Türkiyəyə, oradan isə İraq, Suriyaya keçənlərə nəzarətin gücləndirilməsi barədə razılıq əldə olunub.
Hər iki dövlətin təhlükəsizliyi baxımından müsbət təşəbbüs olan bu qərar “İslam dövləti” terrorçularının yaxın gələcəkdə tamamilə xəritədən silinəcəyinə güman yaradır.
Qeyd edək ki, MTN İŞİD terrorçu qruplaşmalarına qoşulan 10 nəfərlik dəstənin həbs edilməsi barədə məlumat yayıb. Artıq Suriya və İraqda terror qruplaşmalarına qoşulan azərbaycanlı vəhhabilərlə bağlı MTN tərəfindən neçənci dəfədir ki, irimiqyaslı əməliyyat keçirilir. Bu əməliyyatlar vəhhabilərin təhlükəsizlik orqanları tərəfindən tamamilə nəzarətdə olduğuna sübutdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?