Məlumata görə, Möhübbət Hüseynov onunla anlaşmayan həkimi həbs etdirib
Bir neçə gün bundan əvvəl Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Möhübbət Hüseynovun fəaliyyəti ilə bağlı yazı dərc etmişdik. Həmin yazıda qeyd edilirdi ki, polis rəisi hüquqlarını tələb edən şikayətçiləri susdurmaq üçün onları təhdid variantından istifadə edir. Bu yazıda həmçinin rəisin Lənkəran DYP Bölməsini də işləməyə imkan vermədiyini, onlara mütəmadi problemlər yaratdığı qeyd edilirdi. Yeni məlumatlar isə rayon sakinləri tərəfindən göndərilib ki, onların hamısında polis rəisindən şikayət olunur, fəaliyyəti tənqid edilir. Həmin məlumatlardan birində deyilir ki, Möhübbət Hüseynov Lənkəranda sabitlikdən daha çox, dözülməz vəziyyət yaradıb. Həmçinin iddia edilir ki, o, adi bazar adamından tutmuş, həkimə qədər hamıdan konkret olaraq ona tabeçilik göstərməsini, vaxtlı vaxtında onu «görmələrini» tələb edir. Verilən məlumatlardan belə başa düşülür ki, qeyd olunan sistemi quran M.Hüseynov bununla gələcəyini də müəyyən etməyə çalışır. O da özündən əvvəlki polis rəisi kimi, Lənkəranda qalmayıb, Bakı polisinin başına keçə biləcəyini arzulayır. Qeyd edilir ki, bu yaxınlarda Lənkəranda şərlənərək, həbs olunan daha bir nəfər var. Həmin şəxsin rayonda hörmətli həkimlərdən biri olduğu deyilir. Mənbənin vurğuladığına görə, həmin hörmətli həkim polis rəisinin sözünə qulaq asmadığı üçün cəzalandırılıb. Belə ki, Hüseynovun göstərişi ilə ona qarşı cinayət işi açılıb və iki nəfəri döyməkdə ittiham edilib. İş məhkəməyə göndərildikdən sonra həkimə 7 il iş verilib. Mənbənin iddiasına görə, həkimin həbsinində adı hallanan şəxslərin hər ikisi narkotik vasitələrin qəbulundan əziyyət çəkən şəxslərdir. Onların polislə bağlantısı olduğu və Hüseynovun bu tip işlərdə karına gəldiyi vurğulanır. (jam.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?