İradə İbrahimova beş il əvvəl seçdiyi həyat yolundan danışıb.
İfaçılığı müvəqqəti olaraq kənara qoyub, analıq missiyasını üzərinə götürən İradə üçün bu mərhələ o qədər də asan olmayıb. Müğənni bu beş ili belə xatırlayıb:
“Mən həmişə ev xanımı olmaq istəmişəm. Səhnəyə gələn gündən də bunu demişəm. Beş il əvvəl zirvəni qoyub ailə qurmağı seçdim. Hər şeyin öhdəsindən rahatlıqla gəldim desəm, yalan olar. Təzə ailə quranda baldızımın yoldaşı ilə problemlər yaşadım. Mən müğənniydim deyə hər kəs mənim ətrafımda toplanmağa başlamışdı. Bu da onun o qədər də xoşuna gəlməmişdi.
Çox narahatlıq keçirdim. Qayınanama gedib ağladım ki, axı, mən heç kimə haqsızlıq etmirəm? Qayınanam başa saldı ki, hər kəsi sevmək məcburiyyətində deyilsən. Eləcə də hamı səni sevə bilməz. Burda əl üstündə gəzdiririlirdim. Hamı İradə xanım deyə çağırırdı. Orda isə sadəcə İradə oldum. Bu beş ildə çox şey öyrəndim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?