Ukraynanın Donetsk vilayətində sərnişin avtobusu partladılıb.
Ukrayna mətbuatı yazır ki, separatçılar tərəfindən atılan mərmi nəticəsində 10 dinc sakin ölüb. Daha 13 nəfər ağır vəziyətdə xəstəxanaya çatdırılıb.
Rusiya meyilli separatçıların hökumət qoşunlarının blokpostuna hədəf aldığı mərminin yaxınlıqda olan avtobusa dəyib. Hadisə barədə Donetsk vilayət dövlət inzibati idarəsinin mətbuat xidmətinin rəhbəri Yelena Malyutina açıqlama verib.
"On insan həlak olub, daha on üç nəfər isə yaralanıb. Hadisə sərnişin dolu avtobus blokpostu keçərkən baş verib".
Hazırda hadisə yerində əməliyyat qrupu təhqiqat aparır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?