2014-cü ildə ərzində xidmətində yol verdiyi ciddi nöqsanlara görə Bakıda 23 yol polisi daxili işlər orqanlarında xidmətdən xaric edilib, 11 nəfər isə tutduğu vəzifədən azad olunub.
Bunu Trend-in rəsmi sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
2014-cü ildə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 322 əməkdaşı barəsində xidmət dövründə yol verdiyi müxtəlif nöqsanlara görə intizam tənbeh tədbirləri görülüb. Bunlardan 72 nəfəri zabit, 255 nəfəri sıravi əməkdaşlardır.
İl ərzində xidməti dövrdə yol verdiyi ciddi nöqsanlara görə 4 zabit, 19 sıravi əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2 zabit, 9 sıravi əməkdaş tutduğu vəzifədən azad olunub.
Bundan əlavə 2 zabit, 4 sıravi əməkdaş öz arzusu ilə, 4 zabit, 3 sıravi əməkdaş isə yaş həddinə görə daxili işlər orqanlarında xidmətdən azad edilib.
Eyni zamanda, xidməti vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə İdarənin 173 əməkdaşı mükafatlandırılıb. Onlardan 74 nəfəri zabit, 99 nəfəri isə sıravi əməkdaşlardır. Həmçinin «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq 165 nəfərə xüsusi rütbələr verilib.
Ötən il ərzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müxtəlif məzmunlu 3915 müraciət, ərizə və şikayət daxil olub. Daxil olmuş 3045 şikayətə baxılan zaman onlardan 97-si əsaslı hesab edilib və xidmətində nöqsanlara yol vermiş yol polisi əməkdaşları barəsində müvafiq tədbirlər görülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?