Salyan şəhərində faciə, bunun nəticəsində də yol qəzası baş verib.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Salyan şəhər sakini, 47 yaşlı Nağıyev Asiman Aftandil oğlunun bu gün sükan arxasında ürəyi dayanıb.
Nəticədə onun idarə etdiyi “VAZ-2115” markalı, 15 BL 780 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanmış başqa bir avtomobilə çırpılıb.
Şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücü Asiman Nağıyev əvvəllər də infarkt keçirdiyi üçün xəstəxanada müalicə olunubmuş. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?