Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası xüsusi nəzarətə götürüldü. Bu barədə Gümrüdəki bazanın hərbi qulluqçularından biri öz facebook səhifəsində yazıb. Hərbçi bildirib ki, 102 saylı hərbi baza xüsusi nəzarətə götürülüb. Baza rəhbərliyi isə yayılan bu xəbərin doğru olub-olmaması ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər (ANS PRESS).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?