GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ərdoğanın türk əsgərləri arasında niyə səfəvi yoxdur?

Ərdoğanın türk əsgərləri arasında niyə səfəvi yoxdur?

Tarix: 15-01-2015, 22:46 Bölmə :Ölkə Baxış: 0
Ərdoğanın türk əsgərləri arasında niyə səfəvi yoxdur?

Türkiyədə - Prezident Sarayında tətbiq edilən yeni protokol qaydası – fəxri qonaqların qarşılanma mərasimi geniş müzakirəyə səbəb olub.

Söhbət Türkiyə prezidentinin fəxri qonaq qəbul etmə protokolunda bir ilkə imza atılmasından gedir. Yeni protokol qaydasına görə, fəxri qonaqları tarixdə mövcud olmuş 16 türk imperatorluğunu təmsil edən, xüsusi qədim döyüşçü geyimində olan əsgərlər qarşılayır.

Bu dövlətlər aşağıdakılardır:

Hun dövləti;
Qərbi Hun İmperatorluğu;
Avropa Hun İmperatorluğu;
Ağ Hun İmperatorluğu;
Göytürk İmperatorluğu;
Uyğur Xaqanlığı;
Avar İmperatorluğu;
Xəzər İmperatorluğu;
Qaraxanlılar dövləti;
Qəznəlilər dövləti;
Böyük Səlcuklu İmperatorluğu;
Xarəzmşahlar dövləti;
Teymur İmperatorluğu;
Babur İmperatorluğu;
Qızıl Orda İmperatorluğu;
Osmanlı İmperatorluğu.

Qeyd etdiyim kimi, yeni fəxri qaravul birmənalı qarşılanmayıb. Ənənəvi AKP və Ərdoğan əleyhdarları bu addımı Türkiyə prezidentinin sultanlıq səltənəti qurması, özünü sultan kimi hiss etməsi kimi qiymətləndiriblər. Bununla belə, həm Türkiyədə, həm Türk dünyasında, o cümlədən Azərbaycanda bu qayda daha çox alqışlanıb. Eyni zamanda məlum tərkiblə bağlı şikayətlər, umu-küsülər var.

Azərbaycanda bəziləri hesab edirlər ki, həmin “16-lıq”a Azərbaycan türklərini təmsil edən Səfəvi İmperatorluğunun da əsgəri daxil edilməli idi. Belə düşüncədə olanların fikrincə, bu addımı atmaqla Türkiyə dövləti bütövlükdə türk tarixinə sahib çıxa, onu birləşdirə bilərdi. Səfəvi əsgərinin məlum heyətdə təmsil olunmaması tarixi məzhəb ayrılığı, Osmanlı-Səfəvi münasibətlərindən doğan hal kimi və s. kimi xarakterizə olunur...

Atatürk “20 İmperatorluq” demişdi...

Buradaca qeyd edim ki, Türkiyə dövlətində qədim türk imperatorluqları kimi məhz 16 rəqəminin üzərində dayanılması bir ilk deyil. Türkiyə prezidentinin armasında (emblemində) də yuxarıdakı imperatorluqları təmsil edən məhz 16 ulduz yer alır.

Türkiyə mənbələrinə görə, hazırda qardaş ölkədə qüvvədə olan Prezident armasını 1922-ci ilin sentyabrında - Milli Mücadilənin son günlərində Qazi Mustafa Kamal İzmirə səyahəti əsnasında çəkib. Amma Atatürkün çəkdiyi armanın üzərində 16 yox, 20 ulduz vardı (Bəlkə də böyük Atatürk Səfəvilər də daxil olmaqla, digər türk imperatorluqlarını da bu rəsmdə əks etdirmişdi).

Cümhuriyyət elan edildikdən sonra sonra - 3 mart 1924-cü ildə Sultan Əbdülməcidin emblemi qaldırılır, 22 oktyabr 1925-ci ildə Prezident emblemi rəsmi qərarla qüvvəyə minir. Təlimata görə, qırmızı rəngli emblemin üzərində ay və 20 ulduz əks olunurdu. Ancaq 18 fevral 1978-ci ildə qəbul edilən yeni qərarla armada yer alan ulduzlaın sayı 20-dən 16-ya endirilir. Hazırda istifadə olunan prezident arması 25 yanvar 1985-ci il qanunları ilə indiki halında saxlanılır.

Bəlkə də, belə yaxşıdır!

Qayıdaq Türkiyədəki yeni qayda ilə bağlı Azərbaycandan səslənən fikirlərə. Əlbəttə, könül istərdi ki, Azərbaycan türklərinin məskun olduğu coğrafiyadan - Səfəvi İmpertorluğunun “əsgəri” də öz tarixi geyimi ilə Türkiyə prezidentinin sarayında protokolda yer alsın. Bu addım, həm ümumtürk tarixinə sahib çıxma kimi qiymətləndirilər, həmçinin, zaman-zaman gündəmə gətirilən tarixi Səfəvi-Osmanlı mübahisəsinə müsbət təsirini göstərər, hər iki imperatorluğa sayğı duyğusunu gücləndirərdi.

Bununla belə, düşünürəm ki, Türkiyə prezidentinin protokolunda Səfəvi əsgərinin təmsil olunmaması bəlkə də, qanunauyğunluqdur. Və belə daha yaxşıdır. Çünki bu gün Səfəvi xanədanlığı üzərində bir Azərbaycan dövləti var. Dövlətdə varislik prinsipinə əsasən, simvolik də olsa, Səfəvi dövlətini təmsil edirik. Yəni, quzeyli və güneyli Azərbaycan olaraq biz Səfəvi İmperatorluğu üzərində varlığımızı davam etdiririk. Bu baxımdan, Səfəvilərlə bağlı bütün maddi və mənəvi miras da Azərbaycan xalqına, Azərbaycan dövlətinə məxsusdur.

Bu baxımdan, yaxşı olardı ki, Azərbaycanda da dövlət səviyyəsində belə bir protokol qaydası tətbiq olunsun. Tarixi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərinin əsgərlərindən ibarət fəxri qarovul formalaşdırılsın.

Aqil Camal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səlcuq İmperiyası dövrünün Toğrul qülləsi məhv olmaq təhlikəsi qarşısında

    Səlcuq İmperiyası dövrünün Toğrul qülləsi məhv ...

    11-02-2020, 11:25

  • 
  • Türkiyə Konqresin Nümayəndələr Palatasının qətnamələrini rədd edib

    Türkiyə Konqresin Nümayəndələr Palatasının ...

    31-10-2019, 11:45

  • 
  • Ən qorxulu qadın mafiya lideri belə saxlanıldı - FOTOLAR

    Ən qorxulu qadın mafiya lideri belə saxlanıldı - ...

    5-06-2017, 22:36

  • 
  • Şaxta babanın 17 əsrlik hekayəsi

    Şaxta babanın 17 əsrlik hekayəsi ...

    27-12-2013, 01:04

  • 
  • Akif Çovdarovla işbirliyində olan bələdiyyə sədri: Siyanfər Əliyevin Masazır imperatorluğu

    Akif Çovdarovla işbirliyində olan bələdiyyə ...

    18-12-2018, 14:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu