Rusiyanın Krasnoyarsk vilayətindəki məktəblərindən birində iki azərbaycanlı şagird arasında incident baş verib. İnsident nəticəsində şagirdlərdən biri rezin güllə yarası alıb. Hadisə 129 saylı məktəbdə baş verib. Mübahisə zəminində 16 yaşlı şagird 11-ci sinif şagirdinə atəş açıb. Sinəsindən xəsarət alan şagird xəstəxanaya yerləşdirilib. Silahı internetdə tanış olduğu şəxsdən aldığını bildərən hadisə iştirakçısı mübahisənin səbəbini açıqlayıb. Belə ki, yaralanan 11-ci sinif şagirdi ona atəş aşan 16 yaşlı gəncin bacılsı ilə dostluq edib və ona yeni ildə oyuncaq hədiyyə edib. Bundan qaynaqlanan mübahisənin sonunda silaha əl atılıb. Ancaq məktəbin direktoru hadisənin təsadüfən baş verdiyini, gəncin atəş açmaq niyyətində omadığığı bildirib.
Sorğu
Yeni dizaynımız necədir?