Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il iş üçün müraciət edən 47 755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29 440 nəfəri münasib işlərlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6% artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4280 nəfər olub.
Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb. İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113 246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6% artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3% artmaqla 4280 nəfər olub.
Ötən il peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb. İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113 246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?