Bakıda ismət və həyanı unudan şəxs həyatın nemət olduğunu da başqasına unutdurmağa çalışaraq qatillik etmək istədi. Məktəbli qızcığaz namusunu qorumaq üçün hər şey etdi, bədənini əxlaqı üçün sipər etdi. Həmin adam şikar seçdiyi məktəbli qızın namusunu ləkələyə bilməsə də, bədənini zədələdi.
Söhbət açdığımız hadisə ötən gün Bakının Suraxanı rayonunda olub. Hadisə barədə mətbuatda qısa məlumat getsə də, əsl səbəbləri Milli.Az araşdırıb. Yeni Suraxanı qəsəbəsində yaşayan 14 yaşlı Almaz Musayeva yaşadığı evdən qan içərisində 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Onun həyatını həkimlər xilas ediblər. Qızı polis əməkdaşları dindirəndən sonra onun həyatı bahasına namusunu qoruduğu məlum olub. A.Musayeva deyib ki, xalası oğlu onu yaşadığı evdə zorlamaq istəyib. Özünü qorumaq üçün xeyli çarpışıb, amma sonda ehtirasını cilovlaya bilməyən xalaoğlu bıçaqla bədənini yaralayıb. Məsələ ilə bağlı Suraxanı Polis İdarəsindən Milli.Az-a bildirildi ki, cinayətdə şübhəli bilinən şəxs artıq saxlanılıb. A.Musayevanın dedikləri öz təsdiqini tapıb. Polis zəruri istintaq hərəkətləri apardığından oğlanın adı açıqlanmır.
Onu da əlavə edək ki, A.Musayeva Suraxanı rayonu, 85 saylı orta məktəbin şagirdidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?