“Təmas xətti boyunca düşmən qüvvə və vasitələrinin sayının getdikcə daha çox artması, xüsusən Rusiya Silahlı Qüvvələrinin bölmələrinin ön xətdə cəmləşməsi yaxın vaxtlarda düşmənin güclü hücum əməliyyatlarına başlayacağını proqnozlaşdırmağa əsas verir”.
APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri cəbhə bölgəsinə səfərdən qayıdan Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov deyib.
A. Turçinov bildirib ki, ən mürəkkəb vəziyyət Donetsk hava limanı ətrafında yaranıb: “Yeni terminal faktiki olaraq tam məhv edilib. Bizim qüvvələrimiz aeroport ətrafındakı Peski yaşayış məntəqəsində mövqelərini gücləndirərək düşmənə çox güclü zərbələr vurublar. 31-ci və 29-cu blok-postların olduğu ərazidə — bizim müdafiəmizi yarmaq cəhdlərinin göstərildiyi cənub istiqamətində də vəziyyət stabilləşib”.
Donetsk hava limanı ətrafında atəşə tutulması faktını təsdiqləyən A. Turçinovun sözlərinə görə, qəlpələr onun içində olduğu “BTR”in təkərini dağıdıb: “Zirehli maşını idarə edən sərhədçilər atəş altında və qaranlıqda təkəri dəyişdilər, baxmayaraq ki, düşmən cəmi bir neçə yüz metr aralıda idi”.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri bəyan edib ki, bu gün komandanlığın əsas vəzifəsi təkcə müdafiəni möhkəmlətmək yox, həm də düşməni qanlı provokasiyalardan çəkindirəcək tədbirlər həyata keçirməkdən ibarətdir.
Sorğu
Yeni dizaynımız necədir?