“Metroseksual kişiləri bəyənmirəm. Kişi bütün günü özünə baxmamalıdır”.
Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı Zemfira Adıgözəlova deyib. O, ideal kişi obrazını canlandırıb: “Həyatda nə ideal kişi, nə də qadın var. Sadəcə, adam sevəndə o insanı göz önündə ideallaşdırır. Biz müsbəti görmək istəyiriksə, ancaq insanın o xüsusiyyətini görəcəyik. Mənim üçün ideal kişi danışmamalıdır. Qadını və ya baş verən hadisələri kənardan izləməlidir. Dünyagörüşü olmalıdır, hər şeyə normal yanaşmalıdır. Durub nəyisə saatlarla müzakirə edib hər işə qarışmamalıdır. Çox yaraşıqlı kişiləri sevmirəm. Kişinin bir əlində ətir, bir əlində daraq olmaz. Ən yaxşısı, kişi yaraşıqlı olmaqdansa, cibində içi dolu pulqabı olsun. Düzdür, kişi baxımlı olmalı, ətir vurmalıdır. Amma qədərində... Gedib-gəlib güzgüyə baxan, dəb arxasınca qaçan kişilərə dönüb baxmaram”.
Sorğu
Yeni dizaynımız necədir?