Binəqədi rayonunda yağış nəticəsində evlərini su basan sakinlərə hələ də heç bir nazirlikdən kömək edilməyib.
ANS PRESS-in qaynar xəttinə daxil olan şikayətə əsasən, Binəqədi rayon sakinlərinin şikayətinə hələ də cavab verən tapılmayıb.
"Nə Fövqəladə Hallar Nazirliyi, nə də ki, Bakı Şəhər İcra Hakimiyyəti şikayətlərimizi dinləmir. Hamısı bir-birinin üstünə atır. Burada əsl təbii fəlakətdi, həyət, küçə su içindədir. Qapını açmaq mümkün deyil. İnsanlar çarəsiz qalıblar", - deyə şikayətçi Ramal Əhmədov bildirib.
Qeyd edək ki, dünən gecədən yağan yağış nəticəsində şəhərin Binəqədi rayonunda, təzə tikililər adlanan ərazidə, "White palace" şadlıq sarayının arxasındakı 10-a qədər evin həyətyanı sahəsini su basıb. Sakinlər bununla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng etsələr də, nazirlikdən bildirilib ki, bu, İcra Hakimiyyətinin işidir. Bundan sonra onlar İcra Hakimiyyətinə müraciət etmək istəsələr də, icra hakimiyyətindən cavab verməyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?