Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti son beş il ilk dəfə Moskva birjasında “Rosneft”i keçməyi bacarıb.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bununla bərabər, şirkət London birjasında 0,7 milyardlıq geriləmə ilə üz-üzə qalıb.
Şirkətin Moskva birjasında kapitallaşması 2,42 trilyon rubl təşkil edib. Həmçinin yanvar ayında “Lukoyl”un səhmləri 26,3%, “Rosneft”inki isə 17,05% bahalaşıb. Lakin Ələkbərovun şirkəti qalibiyyətini uzun müddət davam etdirə bilməyib.
Qeyd edək ki, London birjasında son bir ay ərzində şirkətin kağızları 0,5% ucuzlaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?