GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İpotekada onlayn sistemin tətbiqi insanların əzabına son qoyacaq

İpotekada onlayn sistemin tətbiqi insanların əzabına son qoyacaq

Tarix: 3-02-2015, 11:22 Bölmə :Ölkə Baxış: 0
İpotekada onlayn sistemin tətbiqi insanların əzabına son qoyacaq

Azərbaycanda 700 minə yaxın ailənin evi yoxdur. Bu isə 3 milyona yaxın insan edir. Belə ailələr ya qohumlarının yanında, ya da kirayədə yaşayır. Evsiz ailələr əsasən Bakıda toplaşıb və bu cür ailələrin sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, Azərbaycanda hər il “evsizlər ordusuna” təxminən 20 min yeni qurulmuş ailə qoşulur.

Dövlət evi olmayan ailələrə yardım etmək üçün bir sıra tədbirlər həyata keçirir. Məsələn, güzəştli ipoteka krediti verilir. Ekspertlərin sözlərinə görə, vətəndaşlar isə sosial ipoteka kreditindən faydalana bilmir. Çünki sözügedən krediti götürmək üçün 18 sənəd tələb olunur və heç kimə sirr deyil ki, bu sahədə qeyri şəffaflıq mövcuddur.

Məhz bu problemələri həll etmək üçün Azərbaycan İpoteka Fondu "Elektron İpoteka Sistemi"ni (EİS) tətbiq etdi və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verildi.

Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına - müvəkkil kredit təşkilatlarına (MKT), sığorta və qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn) həyata keçirilməsinə imkan verir.

Bununla yanaşı, EİS sisteminin davamı olan "Elektron İpoteka Portalı" real vaxt rejimində əhalinin tam istifadəsinə verildi. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə www.e-ipoteka.az-a daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir.

Bəs, EİS-nin tətbiqi ev almaq istəyənlər üçün nələri vəd edir və bu, vətəndaşların işini nə dərəcədə yüngülləşdirəcək?

İqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə bildirdi ki, EİS-in tətbiq edilməsi İqtisadi və Sosial İnkişaf mərkəzi tərəfindən 2010-cu ildə Mərkəzi Banka təklif formasında təqdim edilsə də bu təklif həyata keçirilmədi. EİS-nin tətbiqini Mərkəzi Bank xeyli yubatdı.

“EİS-də ipoteka ilə evlərin alınmasında müraciətlərin elektronlaşdırılması təklif olunur. Bu insanların işini xeyli yüngülləşdirəcək. Birinci növbədə ipoteka ilə ev almaq üçün tələb olunan sənədlərin sayı azalacaq. Hazırda tələb olunun sənədlərin sayı 18 ədəddir. Lakin Elektron İpoteka Sistemində bu sənədlərin sayı 2 dəfə azalır, yəni cəmi 9 sənəd tələb olunur. Azərbaycan ipoteka kreditini almaq üçün tələb olunan sənədlərin sayına görə, çox təəssüf ki, dünyada birinci yerdədir. Dünyanın heç bir ölkəsində bu qədər sənəd tələb olunmur. EİS-in tətbiqi həmçinin vaxta və pula qənaət edəcək”, - deyə Vüqar Bayramov bildirdi.

Ekspertin sözlərinə görə, EİS-in tətbiqi ipoteka krediti verilən zaman müşahidə edilən bir sıra nöqsanların aradan qaldırılmasına səbəb olacaq, bu sahədə şəffaflıq təmin ediləcək:
“Bəzən vətəndaş ipoteka kreditini almaq üçün müraciət edir və ona “gözləyin” deyirlər. Digər bir vətəndaş ipoteka kreditini almaq üçün müraciət edir və o, qısa müddətə krediti alır. Apardığımız monitorinqlər göstərir ki, buna səbəb ikincinin qeyri leqal ödəniş etməsidir.
EİS isə müraciətlərin sıralanmasına imkan yaradacaq. İpoteka krediti almaq istəyən vətəndaş müraciət etdikdən sonra qanunla müəyyən edilmiş vaxtda müraciətinə cavab alacaq. Bu zaman kommersiya bankları müraciətlərin sırasına uyğun olaraq müraciətlərə baxacaq və ipoteka kreditinin verilib-verilməməsi ilə bağlı qərarını verəcək. Belə ki, EİS-in tətbiqi ipoteka kreditlərinin baxılmasındakı diskriminasiyanın aradan qaldırılmasına xidmət edəcək. Bu baxımdan EİS kommersiya banklarında müşahidə edilən qeyri qanuni ödənişlərin aradan qaldırılmasına səbəb olacaq. EİS vətəndaşlara daha qısa müddətdə, baryerlərdən rahat şəkildə keçməklə, daha şəffaf şəraitdə kredit götürmək üçün imkan yaradacaq”.

ANS PRESS
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İpoteka ilə bağlı XƏBƏRDARLIQ

    İpoteka ilə bağlı XƏBƏRDARLIQ ...

    18-02-2016, 15:13

  • 
  • İpoteka şərtləri ağırlaşdı

    İpoteka şərtləri ağırlaşdı ...

    28-03-2016, 19:22

  • 
  • Evsiz ailələrə xoş xəbər

    Evsiz ailələrə xoş xəbər ...

    10-01-2015, 21:18

  • 
  • Baş nazirdən yeni qərar — İpoteka ilə ev almaq asanlaşdı

    Baş nazirdən yeni qərar — İpoteka ilə ev almaq ...

    15-05-2018, 11:56

  • 
  • İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin işi asanlaşıb

    İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin işi ...

    1-08-2017, 20:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu