Türkiyənin Mardin şəhərində gənc sevgililər İstanbul avtovağzalında bıçaqlanıblar. Onlarla insanın gözü önündə bıçaqlanan 25 yaşlı Hamdullah həyatını itirib. Hamdullahın sevgilisi 19 yaşlı C.İ isə ağır yaralanıb. Şahidlərin dediklərinə görə, Hamdullahın son sözləri "sevgilim" olub. 19 yaşlı C.İ isə həkimlərə sevgilisi ilə eyni xəstəxanaya aparılmasını xahiş edib. Lakin Hamdullah bir neçə dəqiqə əvvəl dünyasını dəyişib. Gəncləri bıçaqlayanlar qızın qohumları olub. Sevgililər Mardindən 1 gün öncə ayrılıblar. Qaçan sevgililər avtovağzala çatan kimi, bıçaqlanıblar. 19 yaşlı qızın atası 1 gün öncə Mardin polisinə gədərək, qızının qaçırılması ilə bağlı polisə xəbər verib. Cinayətdən sonra məlum olub ki, gənc qız öz istəyi ilə Hamdullahla İstanbula gəlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?