İŞİD terrorçu qruplaşması İranın şərq sərhədlərinə çatdığını elan edib.
Bu haqda Fars agentliyi xəbər yayıb.
Bununla əlaqədar İranın daxili işləri nazirinin müavini Hüseyn Zolfikari təhlükəsizlik təbdirlərinin ən üst səviyyəyə gətirldiyini bəyan edib. Terrorçulardan gələn potensial təhlükənin nə dərəcə yüksək olub-olmaması dəyərləndirilir.
Son aylar İran sərhədçilərinə və dinc sakinlərə hücum edən İŞİD-çilər həmçinin Əfqanıstan və Pakistanla öz sərhədlərində də mövqelərini möhkəmləndirməyə çalışırlar.
İran ordusu ölkənin şərq sərhədində müşahidə üçün yeni avadanlıqlar quraşdırıb. Sərhədçilərə kömək üçün İran İslam İnqilabı Keşikçiləri və "Basidj" xalq qoşununun dəstələri göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?