Azərbaycan Silahlı Qüvvələrinin təlimlərində daha bir yeniliyin tətbiqinə başlanıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən eksklüziv olaraq bildirilib. Təlimlərə cəlb olunan şəxsi heyətin psixoloji reablitasiyası məqsədilə təlim mərkəzində Psixoloji yardım və bərpa Məntəqələri yaradılıb. Məntəqələrdə psixoloqlar və həkim psixoterapevtlər fəaliyyət göstərir. Döyüş təlimləri zamanı psixoloji travma almış şəxsi heyət məntəqələrə qəbul edilir, onlara yardım göstərildikdən sonra yenidən döyüşə qaytarılır. Nazirlikdən bildirilib ki, bununla, ikinci dəfədir Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərində Psixoloji yardım və bərpa Məntəqələri qurulur. Tətbiq olunan yeni xidmət müsbət nəticələrini göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?