Abşeron polisi oğurluq etməkdə şübhəli bilinən dəstəni yaxalayıb. Mehdiabad qəsəbə sakini Adşirin İbrahimov evindən oğurluq edilməsi barədə polisə şikayət edib. Zərərçəkən evindən 750 manatlıq qızıl zinət əşyalarının oğurlamasını bildirib. Keçirilən əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı Yavər Əhmədov və 21 yaşlı Nurlan Allahverdiyev saxlanılıb. Cinayəti yolu ilə əldə olunan qızılları şübhəli şəxslər Moskva univermağında 350 manata satıblar. Cinayət yolu ilə əldə edilən 350 manatı dostlar aralarında tən yarı bölüblər. Cinayət yolu ilə əldə olunan pulları yarı bölən dostlar bir-birlərini günahlandırıblar. İstintaqa ifadə verən Yavər Əhmədov bildirib ki, Nurlan ona borca düşdüyünü deyib: “Nurlan borcunu ödəməkdə köməklik etməsini istəyib. Ondan pulu necə tapacağını dedim. Nurlan da borcunu ödəmək üçün oğurluq etməyi təklif etdi”. Nurlan Allahverdiyev də eyni fikirdə olsa da, fərqli ifadə verib. O, deyib ki, oğurluq etməyi Yavər Əhmədov təklif edib: “Yavərə dedim ki, gedək şəhərdə barda əylənək. Bara getməyə razılaşsaq da, amma o qədər pulumuz olmayıb. Bu səbəbdən də barda pul xərcləmək üçün Yavər oğurluq etməyi təklif etdi”. Istintaq orqanı təqsirli bilinən şəxslərin başqa cinayətlərdə iştirak etdiyini bildirir. Bununla bağlı hazırda əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Sorğu
Yeni dizaynımız necədir?