“Yoldaşım çox səliqəli insandır. Onunla ayaqlaşmağa çalışıram”.
Bu sözləri “Qonaq gəl bizə” verilişində müğənni Xatirə İslam söyləyib. O, sevərək ailə qurmadığını bildirib: “Bizi yaxın bir qohumumuz tanış etdi. Ailə qurmaq yaşımız idi, ikimiz də razılaşdıq. Biz sevib evlənməmişik. Amma aramızda elə hörmət olub ki, sonradan sevgiyə çevrildi. Yoldaşım çox fərqli insandır. Dünya dağılsa da, qazandığım pula əl vurmur. Mən ona adi köynək alanda da istəmir. Deyir özüm alacam. Bir dəfə Nadir Qafarzadə efirdə dedi “mən kişiyəm, pul qazanıram. Xanımımı göndərmirəm ki, get işlə”. Bu sözlərə yoldaşım pis olub soruşdu: “Xatirə, indi elə bilirlər mən də beləyəm?”. Bu sözü hamıya şamil etmək olmaz”. (Axşam.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?