Beynəlxalq Atom Enerjisi Agentliyi deyir ki, İran nüvə silahı üzərində işləməməsi ilə bağlı bütün şübhələrə hələ ki, tam aydınlıq gətirməyib.
Təşkilatın fevralın 19-da yaydığı bəyanatda deyilir ki, Tehran hələ ki, təşkilatın iki sahədə apardığı araşdırmalar barədə informasiya verməyib, hansı ki, avqustun sonunadək bu barədə məlumat verilməli idi.
Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
İranla nüvə danışıqlarında ABŞ,Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.
Tərəflər iyunadək yekun razılığa gəlmək istəyirlər.
Söhbət İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılmasından gedir.
Sorğu
Yeni dizaynımız necədir?