GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Lotu Quli” türmədə ölüm hökmü çıxardı: azı 3 ölü...

“Lotu Quli” türmədə ölüm hökmü çıxardı: azı 3 ölü...

Tarix: 19-02-2015, 22:39 Bölmə :Ölkə Baxış: 0
“Lotu Quli” türmədə ölüm hökmü çıxardı: azı 3 ölü...

Moskvada azərbaycanlılara məxsus “Abşeron” restoranında bir neçə gün əvvəl baş verən və 3 nəfərin ölümü ilə nəticələnən atışmanın sensasion təfərrüatları məlum olub.


Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr bu atışmanın “Lotu Quli” ləqəbli Nadir Səlifovun klanı ilə Azərbaycan və İnquşetiya əsilli kriminalların bir neçə qruplaşması arasında aylardır davam edən çəkişmənin nəticəsi olduğunu bildiriblər.

Xatırladaq ki, mətbuatda gedən xəbərlərə əsasən bu atışma Nadir Səlifovun tərəfdarları ilə “Dato Ağcabədinski” ləqəbi ilə tanınan, əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşmalar arasında olmuşdu.

Atışma zamanı “Dato Ağcabədinski” və onun yaxın adamı olan Şirvan sakini “Natiq Əlibayramlinski” qətlə yetirilib. Tərəflər arasında başlayan davada odlu silahdan istifadə olunub. “Natiq Əlibayramlinski” “Kalaşnikov”dan açılan atəş nəticəsində ölüb.

Payızda başlayan müharibə

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, kriminal müharibə hələ 2014-cü ilin payızından başlamışdı. Səbəb isə aşağıdakı əhvalat idi.

Bir neçə Azərbaycan vətəndaşı Moskvadakı avtosalonların birindən 4 maşın almağa qərar verir. Qiymət qəbzində göstərilən məbləği ödəyəndən sonra onlar nəqliyyat vasitələrinin verilməsini gözləyiblər. Ancaq gözlənilmədən avtosalonun əməkdaşları elan ediblər ki, onlar hər maşına görə dəyərindən 30 faiz əlavə pul ödəməli olacaqlar, komission haqqı kimi.

Qalmaqal başlayıb, ancaq alıcılar nə maşınları, nə əvvəl ödədikləri pulları ala bilməyiblər və heç nəsiz getməli olublar.

Lakin bu alıcıların hazırda həbsdə olan nüfuzlu kriminal avtoritet “Lotu Quli”nin qohumlarından biri ilə yaxın münasibətlər saxladığı məlum olub.

“Rosbalt” qeyd edir ki, “Lotu Quli” Azərbaycanda uzunmüddətli həbs cəzası çəkir, ancaq elə birbaşa həbsxanadan Moskvadakı qruplaşmasını idarə edir.

Restorana basqın və... Bakıdakı 6-cı kalona zəng

Beləliklə, “Lotu Quli”nin adamları bu maşın söhbətinə qarışıb və tezliklə müəyyən ediblər ki, həmin avtosalonun kriminal “krışası” Ruslan Qardabanski adlı kriminal avtoritetdir.

Onlar mafiozu qorxudublar və tələb ediblər ki, maşınları dərhal alıcılarına versin. R.Qardabanski özünü elə göstərib ki, guya bu tələblə razılaşıb, ancaq “qonaqları” yola salan kimi inquş cinayətkar qruplaşmasına rəhbərlik edən qohumu Əhməddən kömək istəyib.

Ötən ilin noyabrında Ruslanın və Əhmədin adamlarından ibarət 30 nəfərdən çox adam Moskvadakı restoranlardan birinə basqın edib. Həmin vaxt “Lotu Quli”nin klanının maşın söhbətinə görə Ruslanı hədələyən üç adamı o restoranda yeyib-içirmiş.

Gələnlər onları təhqir ediblər, “Lotu Quli”nin adamları isə dərhal Bakıya - öz şeflərinə zəng edərək dəstəyi Ruslana veriblər. “Vor zakon” Ruslan Qardabanski barədə xeyli xoşagəlməz sözlər deyir, o da birtəhər cavab verməyə çalışır. Bu vaxt dəstəyi Əhməd qapır və “Lotu Quli”ni təhqir etməyə başlayır.

“Bundan sonra artıq Ruslan və Əhmədin taleyi həll edilmiş sayılırdı: Səlifov onlara ölüm hökmü çıxardı” - deyə agentlik yazır.

Qardabanskiyə 4 güllə, ancaq...

Tezliklə Moskvada Qardabanskiyə sui-qəsd törədilir. Killerlər ona dörd güllə atırlar, ancaq “avtoritet” sağ qalır. Yeri gəlmişkən, o, xəstəxanada da çox ləngimir. “Lotu Quli”nin döyüşçüləri onu birbaşa palatada öldürmək istəyirdilər, ancaq Ruslan qaçmağa nail olur.

Əhməd kimi o da “Lotu Quli”nin qisasından qorxaraq gizlənməyə başlayır. Qanqsterlər bu təhlükəyə qarşı kriminal aləmin başqa nüfuzlu nümayəndələrindən müttəfiqlər axtarmağa çalışır.

Belələrini isə digər azərbaycanlı kriminal avtoritet, “Lotu Quli”nin qatı düşməni “Rövşən

Lənkəranski”nin son vaxtlar sıraları xeyli seyrələn “briqadası”ında tapırlar.

Bir neçə toqquşmadan sonra münaqişə edən tərəflər situasiyanı fevralın 10-da gecə 15-ci Park küçəsindəki “Abşeron” restoranında müzakirə etməyi qərara alırlar. Restoranda masa arxasında Ruslan və Rövşənin qruplaşmasından olan azərbaycanlılar oturublar. Tezliklə “Lotu Quli”nin adamları da ora gəlir. Bundan sonra hadisələr əsl vestern janrında cərəyan edir.

Maşın söhbəti qalır kənarda...

Söhbət xeyli uzun çəkir, düşmənlər heç cür razılığa gələ bilmirlər. Bunu etmək də əslində mürəkkəb idi. Söhbət faktiki olaraq həmin 4 maşından yox, eyni vaxtda bir neçə qruplaşmanın liderlərinin şəxsi ambisiyalarından gedirdi. Söhbətin tonu yüksəlməyə başlayır.

“Lotu Quli”nin adamları opponentlərinə xəbərdarlıq edir ki, belə söhbətə görə onların vəziyyəti yaxşı olmaya bilər. Buna cavab olaraq Ruslan Qardabanskinin və “Rövşən Lənkəranski”nin adamlarından biri döyüş tapançasını çəkir, nümayiş etdirir ki, xoşagəlməz vəziyyətə hazırdırlar.

Səlifovun klanının üzvləri restoranı tərk edir, ancaq cəmi bir neçə dəqiqəliyə - öz maşınlarından silahları götürmək üçün. Bunu onların düşmənləri də başa düşüblər. Onlardan biri tapançasını hazır vəziyyətə gətirərək restoranın giriş qapısı ağzında mövqe tutur.

Əsl kovboylar kimi...

“Qanqster duelə hazırlaşan kovboyu xatırladırdı”-deyə atışmanın şahidlərindən biri sonradan danışıb. Ancaq “Lotu Quli”nin adamları içəri girməyiblər. Qapının ağzında mövqe seçən həmin “kovboy”a birbaşa şüşə qapının arxasından, avtomatdan atəş açırlar. Ancaq “kovboy” da cəld tərpənib, avtomatlı ilə eyni vaxtda silahını işə salıb və ona cavab atəşləri açıb. Nəticədə hər iki “döyüşçü” ciddi yaralanıb və canlarını tapşırıblar.

Döyüş zamanı kriminal aləmin daha bir neçə nümayəndəsinə güllə dəyib, onlardan biri ölüb. Yaralıları xəstəxanaya aparmayıblar (virtualaz.org-a məlum olmuşdu ki, atışmada restoranda ofisiant işləyən rus qız da həlak olub).

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki. “Lotu Quli” və “döyüşçüləri” olduqca qətiyyətli əhvaldadır, çünki bu kriminal müharibənin sonunu gözləməyə dəyməz...(Virtualaz.org)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ​Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum edildi

    ​Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum ...

    14-01-2018, 21:58

  • 
  • Lotu Quli öldürülüb?

    Lotu Quli öldürülüb? ...

    5-03-2018, 18:36

  • 
  • “Lotu Quli“nin qohumu Bakıda həbs edildi

    “Lotu Quli“nin qohumu Bakıda həbs edildi ...

    21-08-2020, 12:00

  • 
  • “Lotu Quli”nin məzarı başında atışma olub - Ölən və yaralanan var

    “Lotu Quli”nin məzarı başında atışma olub - Ölən ...

    19-01-2021, 19:53

  • 
  • Lotu Quli İstanbulda belə yaşayır - FOTO

    Lotu Quli İstanbulda belə yaşayır - FOTO ...

    21-02-2018, 15:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu